adalet.az header logo
  • Bakı -°C
26 Yanvar 2026 09:39
77
HADİSƏ
A- A+

Qəbələdə yol qəzası: ölən və xəsarət alan var - YENİLƏNİB

Qəbələdə yol qəzası nəticəsində ölən şəxsin kimliyi müəyyən edilib.

Adalet.az xəbər veriri ki, qəzada "Nissan Navara" markalı avtomobilin sürücüsü, 28 yaşlı Mətin İbrahimov hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

***

08:20

Qəbələdə ağır yol qəzası baş verib.

Adalet.az "Report"a istinadla xəbər verir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Nic qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, idarəetmədən çıxan "Nissan Navara" markalı avtomobil yol kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, 26 yaşlı Kənan İlqar oğlu Zakirzadə isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.