“Qəbələ”də fransız futbolçu
2016/2017-ci mövsümünün hazırlıqlarını davam etdirən "Qəbələ” daha bir futbolçu ilə heyətini gücləndirib. "Qırmızı-qaralar” fransalı hücumçu Baqali Dabonu transfer edib. 28 yaşlı Seneqal əsilli ön xətt oyunçusu ilə 2 illik müqavilə imzalanıb. Futbolçunun adı "Qəbələ”nin UEFA Avropa Liqasında iştirak ərizəsinə əlavə edilib.
Qeyd edək ki, "Loryan” klubunun yetirməsi olan Dabo karyerası ərzində "İvri” (2008-2011), "Kretey” (2011-2013, 2014-2016) və "İstr” (2013-2014) klublarının şərəfini qoruyub. Son 2 mövsümdə Fransa çempionatının 2-ci liqasında çıxış edən hücumçu "Kretey”də keçirdiyi 57 qarşılaşmada 6 qol vurub. Ümumiyyətlə isə Baqali bu liqada 87 matç keçirib, 11 dəfə rəqib qapılarına yol tapıb.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00