Qəbələdə ağır qəza - 15 nəfər xəsarət alıb - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a bildirilib ki, mayın 26-da saat 12 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Ford” markalı mikroavtobusla “Mitsubishi” markalı minik avtomobili toqquşub.
İlkin məlumata görə, ümumilikdə 16 nəfərə yaxın şəxs ilkin tibbi yardım üçün müraciət edib. Onlardan üçü stasionar müalicəyə qəbul edilib və hazırda müalicələri reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
14:17
Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “103” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.
Bu barədə Adalet.az-a TƏBİB-dən məlumat verilib.
Hadisə nəticəsində xəsarət alan 15 nəfər TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda vəziyyəti ağır olan 3 nəfərin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində, vəziyyətləri orta ağır qiymətləndirilən 12 nəfərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir.
Əlavə məlumat veriləcək.
13:51
Qəbələdə mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.
Adalet.az xəbər verir ki, xəsarət alanlar Qəbələ rayon xəstəxanasına yerləşdirilib.
Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
***
13:25
Qəbələdə mikroavtobusla minik avtomobili toqquşub.
Adalet.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində yaralananlar var.
Hazırda hadisə yerində araşdırma aparılır, xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir.
Digər Xəbərlər

Rəşad Bəxtiyarov vəfat etdi

Fatma Hüseynova vəfat etdi

Zərdabda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu

Ramiz Quliyevin dəfn yeri məlum oldu - YENİLƏNİB

Sürət və diqqətsizlik yolda daha bir həyata son qoydu

Keçmiş icra başçısı vəfat etdi - FOTO

DİN-dən "Sədərək"dəki insidentə reaksiya - VİDEO - YENİLƏNİB
