adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Noyabr 2014 11:45
11001
KRİMİNAL

Qəbələ sakini evində güllələnib - Video

Qəbələ rayonunda qətl hadisəsi baş verib.

Qəbələ Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Mirzə Ələkbər Sabir küçəsində qeydə alınıb.

Qəbələ rayon sakini, 1967-ci il təvəllüdlü Vahid Rəşid oğlu Vahabov yaşadığı mənzildə odlu silahdan açılan atəş nəticəsində ölüb.

Hazırda V. Vahabovu qətlə yetirən şəxsin və ya şəxslərin müəyyən edilərək istintaq cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.