Qazaxıstanda qızılcaya yoluxanların sayı rekord həddə çatıb
2019-cu ilin əvvəlindən başlayaraq Qazaxıstanda qızılca xəstəliyinə yoluxanların sayı artaraq min nəfəri keçib.
Adalet.az xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyinin ictimai sağlamlığın qorunması komitəsinin yaydığı məlumatda deyilir.
"2019-cu ilin ilk günündən başlayaraq qızılca xəstəliyinə 1114 yoluxma halı qeydə alınıb. Onların 71,1 faizi (799 nəfər) yaşı 14-dək olan uşaqlardır”, - məlumatda vurğulanıb.
Komitə bəyan edib ki, qızılca epidemiyasının yayılmasının qarşısını almaq üçün Səhiyyə Nazirliyi infeksiya ocaqlarında peyvənd olunmayan uşaqların müəyyənləşdirilməsinə və onların vaksinasiyasına istiqamətlənən epidemiya əleyhinə tədbirlər həyata keçirir.
Qeyd edək ki, Qazaxıstanda təkcə bu ilin yanvarında qızılcaya yoluxanların sayı bütövlükdə 2018-ci il üzrə qeydə alınan ümumi göstəricini üstələyib.
Digər Xəbərlər
28 Aprel 2024 22:10
İraq eynicinsli münasibətlərə görə nəzərdə tutulan qanunu qəbul etdi
28 Aprel 2024 21:46Minə yaxın Tacikistan vətəndaşı Moskva hava limanlarında çətin vəziyyətdə qaldı
28 Aprel 2024 21:20Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
28 Aprel 2024 20:57Tiflisdə müxalifət yenidən mitinq keçirir
28 Aprel 2024 20:44