adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Aprel 2020 16:45
16269
DÜNYA

Qazaxıstanda güclü külək: Ölənlər var

Qazaxıstanın şimal vilayətlərində güclü külək nəticəsində 2 nəfər həlak olub.

Adalet.az-ın məlumatına görə, 3 gün ərzində Kostanay, Şimali Qazaxıstan və Akmola vilayətlərində külək 400-ə yaxın binaya ziyan vurub.

İki nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, bəzi yerlərdə küləyin sürəti saniyədə 30 metri ötüb.