Qazaxda tövlə mal-qarayla birlikdə yanaraq kül oldu
Qazaxda tövlə yanıb, içindəki iribuynuzlu heyvan isə tələf olub.
Adalet.az ARB TV-yə istinadən xəbər verir ki, kosalar kəndində Tarzan Hüseynova məxsus təsərrüfatda yaranan qəfil alovun miqyası tezliklə böyüyüb.
Hadisə yerinə dərhal FHN-nin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülsə də, tövləyə ciddi ziyan dəyib. Bir baş iribuynuzlu tüstüdən boğularaq tələf olub. Həmçinin yaxınlıqdakı 5 ton ot bağlaması yanaraq külə dönüb.
Hadisənin səbəbləri araşdırılır.
Digər Xəbərlər
04 May 2024 14:37