adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Fevral 2020 09:30
148744
MÜSAHİBƏ

Qaydasız döyüşün Azad qəhrəmanı- “Sibirskiy djiqit”

Düzünü deyim, hərzaman müsahiblərimiz maraqlı, söhbətcil, polemikaya meyilli olmur. Amma bu dəfəkihəmsöhbətim o qədər məlumatlı, söhbətcil idi ki, dinləməyi daha münasib bildim.Qaydasız döyüş üzrə Avropa Çempionatının gümüş mükafatçısı Azad Məmmədovlatanışlığımızın, söhbətimizin Xocalı soyqırımı ərəfəsində baş tutması tam bir təsadüfdür.Yəqin ad-soyadı bir coxlarınıza tanış gəldi. Tanış gəlməyənlərə tanıdaq:

Məndöyüşçüyəm, mən Azadam!

Azad Məmmədov 1974-cü ildə Şəki rayonunun Qoxmuq kəndində,müəllim ailəsində anadan olub. Elmə, təhsilə həvəsi onu orta məktəbi əla qiymətlərləbitirməsinə, 1991-ci ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq MünasibətlərFakültəsinə gətirib cıxarır. Həmin vaxt zaman nehrə kimi çalxanırdı. Necə deyərlər,"çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranıayranlıq olur” zamanıydı. Vətəni sevənlərin, yurduna sahib çıxanların, silahasarılıb, döyüşə atılanların dövrü idi. Bax, elə bu ərəfədə tələbə Azad vətənintaleyinə biganə qala bilmir, təhsilini yarımçıq qoyaraq, könüllü Qarabağa yoladüşür. Azad bunu etməyə də bilərdi.Yararlanardı tələbələrə verilən möhləthüququndan! Amma qeyrəti seyriçi olmağa imkan vermədi. Uşaqlıqdan idmanla məşğulolan, fiziki cəhətdən möhkəmliyi ilə fərqlənən Azad 1992-93-cü illərdə Ağdərə,Qubadlı və digər Vətən torpaqları uğrunda gedən döyüşlərdə iştirak edir, kəşfiyyatçıolur. Hazırda Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olan Nəcməddin Sadıqovuno vaxt komandanlığı altında döyüşür. Azad o illəri ömrünün ən mənalı illəri sayır.Çünki müsahibim vətənpərvər ailədə böyüyüb, yaxşı tərbiyə alıb. Ona Vətənidoğma anası kimi çox sevməyi öyrədiblər. Azadı güllələrin havada uçuşduğuQarabağa aparan da məhz Ana Vətənə bəslədiyi sonsuz sevgidir. Hazırda müharibə veteranıdı.



"Sibirskiydjiqit”, "Cəngavər qılıncı”, "Samuray qılıncı”, "Vəhşi” qənimi...

Atəşkəsdən sonra Bakıda və Rusiyanın bir sıra şəhərlərindəsambo və cüdo ilə məşğul olan Azad bir müddət sonra "Ponkration” (qaydasızdöyüş) üzrə turnirlərə qatılmağa başlayır. Qarabağ həsrətini illərlə ürəyində gəzdirənvə iştirak etdiyi hər bir yarışı Qarabağ uğrunda döyüş kimi qəbul edən vətənövladı qısa müddətdə mətbuat tərəfindən "Sibirskiy djiqit” ləqəbi qazanır.1999-cu ildə Rusiyada keçirilmiş qaydasız döyüş üzrə Avropa çempionatının gümüşmedalını qazandıqdan sonra ilk azərbaycanlı olaraq 2001-ci ildə ağır çəkiliidmançıların qaydasız döyüş yarışlarında Rusiya çempionuluğuna yüksəlir. İdmankaryerasında 46 görüşə adını qələbə ilə yazan bu həmyerlimiz həmçinin Yaponiyada"Samuray qılıncı”na və Rusiyada "Cəngavər qılıncı”na layiq görülür. 2002-ci ildəFransada keçirilən qaydasız döyüşlərdə seçilir. "Bu adam bir adamın 15 ilə edəbimədiyini bir saata etmişdir” – Bu sözləri onun haqqında mərhum prezidentimizHeydər Əliyev 2002-ci ildə əlini Azad Məmmədovun çiyninə qoyaraq demişdi.BDU-nin Beynəlxalq Münasibətlər fakültəsinin həm bakalavr, həm də magistr təhsilinialan Azad Məmmədov qaydasız döyüş üzrə Avropa çempionatının gümüşmükafatçısıdır. Sambo üzrə Beynəlxalq dərəcəli idman ustasıdır. O, Avstriya,Yuqoslaviya, Fransa, Braziliya, Yunanıstan ölkələrində qaydasız döyüş üzrə əngüclü rəqiblərə qalib gələrək Azərbaycan bayrağını yüksəkliklərə qaldırıb.Lakin o, özünü heç zaman döyüşçü kimi saymayıb. "Nə qədər ki, vətənimin birhissəsi erməni işğalçılarının əlindədir, nə qədər ki, qız gəlinlərimiz əsirlikdədir, mən özümü nəinki döyüşçü, heç vətəndaşhesab etmirəm”, -deyib həmişə.



Ermənilərə ikiqat "nakaut” ayaşadan

Azadın ənmaraqlı döyüşü 2003-cü ilin fevralın 26-da, Moskvada baş tutub. "Xocalısoyqırımı” günündə həmyerlimizin rəqibi erməni atleti Sergey Qravesyan olub.Döyüşdən qabaq erməni lobbisi Azərbaycan diasporunun nümayəndələrinə təklifedib ki, uduzan tərəf öz ölkəsinin bayrağını təslim etsin. Əlbəttə, ermənilərinloğvalanmasına haqq qazandırmaq olardı. Çünki, Qravesyan həm boyda, həm də çəkidəAzaddan xeyli üstün idi. Həm də erməni döyüşçülərinin içində "Vəhşi” ləqəbli ilətanınırdı. Ancaq onu bilmirdilər ki, Qarabağ müharibəsinin iştirakçısı olan,odun alovun içindən keçmiş Azada intiqam almaq üçün necə gözəl şans vermişdilər.Döyüş başlayandan 2-3 dəqiqə sonra Azad rəqibinin qolunu sındıraraq onu yerəçırpır. 



Erməni ilə döyüşdəki qələbəyə görə bütün uğurlarını qurban verməyəhazır olan cəngavər döyüşcümüz imic yarışında qalib gəlir və düşmənin bayrağınıayaqları altında salaraq, sanki bununla Xocalının qisasını alır. Düşmənə bundanböyük zərbə ola bilməzdi. Sonra ermənilər nə qədər dil tökürsə də, Azad bayrağıgeri vermir. Erməni tərəf ona 120 min dollar və bir maşın təklif edərək,bayrağın geri qaytarılmasını istəsələr də, igid döyüşçümüz buna heç cür razıolmur və ola da bilməzdi. Sonda erməni bayrağını BDU-nun yataqxanasında məskunlaşanXocalı köçkünlərinin ayaqları altına atır. ÇünkiAzad əsl türk cəngavəri, türk oğludur. Azad Rusiyanın Perm şəhərində keçirilənMDB dövlətlərinin ponkration üzrə beynəlxlq turnirinin də qalibi olur, turnirdəkipul mükafatından 20 min rublu Azərbaycan Respublikası Silahlı Qüvvələrə YardımFonduna bağışlayır.



İgidin başı qalda gərək...

Azad sonrakı illərdəAzərbaycana qayıdır, burda idmançı gənclər yetişdirməyə başlayır. Şəkidə "İmranPaşa” idman mərkəzi də açır. Azad Azad... Hər şey yaxşı gedir, Azadın uğurları,şöhrəti, ətrafdakı insanları cəlb edən şəxsi keyfiyyətləri onu hər zaman zirvələrdəsaxlayır… Azad Məmmədov ölkəmizin tərəqqisi üçün çalışa, cəmiyyətə sonsuz faydaverə bilərdi. Amma bu dəfə tale onun üzünə gülmədi. O, 2009–cu ildə üzərinəatılan böhtanlar səbəbilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Azad pisinsanların şər-böhtanının qurbanı oldu. Azadın soyuq məhbəsə düşməsinə baisolan insanların çoxu indi öz əməlindən peşmandır. 2019-cu ilin dekabrında 10illik məhbəs həyatı yaşayan A.Məmmədov azadlığa buraxıldı. O, əvvəlcə Fəxrixiyabana gedərək, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, dahasonra Şəhidlər Xiyabanına baş çəkdi, torpaq uğrunda canından keçmiş qəhrəman Vətənövladlarının məzarını yad elədi. Vətənpərvərliyi və idmanı təbliğ etmək məqsədilə31 dekabrda Bakıdan Şəkiyə piyada yürüşə çıxdı. Yanvarın 4-də yürüşüsonlandırıb Şəkiyə çatdı. El-obası, camaatı, əzizləri, övladları yenə də onu bir igid,bir cəngavər döyüşcü kimi qəbul etdi, bağrına basdı. (Yeri gəlmişkən, Azad Məmmədov həm də gözəl ailəbaşçısıdır. 3 övlad atasıdır).

-Mən bir idman döyüşçüsü kimi yox, Azərbaycanxalqının əsgəri kimi öyünmək arzusundayam. Uduzan əsgər kimi yox, qalib əsgərkimi olmaq istəyirəm və çox istərdim ki, Xankəndinə bayraq sancam. Bu mənim ənböyük arzumdur-deyir Qəhrəmanımız. Azadlığın mübarək, Azad!

Əntiqə Rəşid

Adalet.az