adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Iyun 2019 17:30
9929
MƏMLƏKƏT

QAX AQROPARKINDA İNSAN MÖCÜZƏLƏR YARADIR

MöhtərəmPrezidentimiz İlham Əliyevin 2018-ci ildə bölgəmizə səfəri, bu səfər çərçivəsindərespublikamızda yaradılan "Ulu Aqro" MMC-nin Qax Aqroparkı ilətanışlığı, orada ictimaiyyət nümayəndələri ilə görüşündəki genişməzmunluçıxışı, adamlarla səmimi söhbəti qaxlılar tərəfindən böyük ruh yüksəkliyi iləqarşılanmış, bölgəmizdə aqrar sahənin daha sürətli inkişafına stimul vermişdir.

Ölkə başçısınınkənd təsərrüfatının inkişafı, o cümlədən aqrar sahədə intensivtexnologiyaların, müasir idarəetmə və təsərrüfatçılıq metodlarının tətbiqi iləbağlı tapşırıq və tövsiyələrinə əsasən regionların sosial-iqtisadi inkişafınadair dövlət proqramına uyğun olaraq yaradılmış Qax Aqroparkı qısa müddətdərayonun sosial-iqtisadi inkişafına, əhalinin məşğulluğunun yaxşılaşmasına xeylitəkan verməklə respublikamızın müasir tipli, nəhəg kənd təsərrüfatı müəssisələrindənbirinə çevrilmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, Aqroparkın yaradılması iləeyni vaxtda, möhtərəm Prezidentimizin sərəncamı ilə, yenidən qurularaq elə ölkəbaşçısının özünün də xeyir-duası ilə istifadəyə verilən 13 yaşayış məntəqəsinivə Aqroparkı rayon mərkəzi ilə birləşdirən Qax-Qıpçaq-Ağyazı avtomobil yolu müəssisəninbu günki səmərəli fəaliyyətində böyük əhəmiyyət kəsb edir.

Məlum olduğukimi, Aqroparkın yaradılması üçün dövlət tərəfindən 13.7 milyon manat əsaslı vəsaitqoyulub ki, bunun da 9 milyon manatı meliorativ tədbirlərə, 4.7 milyon manatıisə elektrik enerjisi ilə bağlı qurğu və xətlərin çəkilməsinə sərf edilib.

Ərazisi 2094hektar olan parkın su təchizatı üçün Əyriçay dəryaçasından 4.6 km uzunluğundaböyük diametrli su kəməri çəkilib, müvafiq meliorativ qurğular, 28 pivotqurğusu, damcılama suvarma sistemləri quraşdırılmışdır. Həmçinin parkda tutumu5000, 10000, 20000 və 50000 m3 olan 4 ədəd suvarma hovuzları da inşaolunmuşdur. Parka 52 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası da gətirilərəkmexanizatorların istifadəsinə verilmişdir. Gələcəkdə parkda soyuducuanbarların, meyvə paketləmə sexlərinin inşası da nəzərdə tutulmuşdur. Parkın iqamətgahı yerləşən ərazidə salınmışgözəl bir qəsəbədə ümumi tutumu 8814 ton olan 4 ədəd taxıl anbarları kompleksi,3 ədəd hər birinin tutumu 1500 ton olan qurutma-bunkerləri inşa edilib istifadəyəverilmişdir.

Suvarmaqurğularının müasir idarəetmə mərkəzinin, yaraşıqlı otel binasının, yeməkxanasının,digər çoxsaylı müasir sosial və təsərrüfat xarakterli obyektlərin yerləşdiyi buərazi avropanın müasir tipli qəsəbələrini xatırladır.

Ötən il parkın ərazisindəəkilmiş 1204 hektar buğda, 115 hektar arpa, 169 hektar qarğıdalı, 39 hektaryonca sahəsindən yüksək məhsuldarlıq əldə olunmuşdur. Cari ilin məhsulu üçün əkilmiş1100 hektar buğda sahəsinə də nümunəvi aqrotexniki xidmət göstərilmiş, bol məhsulyetişmişdir, yaxın günlərdə taxıl biçininə başlanılacaqdır. Bundan ötrü parkayeni kombaynlar gətirilmişdir. Parkın istifadəyə verildiyi qısa müddət ərzindəorada 750 hektar ərazidə müxtəli növ meyvə bağları-qoz, ərik, alma, şaftalı,gilas, qaysı, armud, badam, üzüm bağları salınmışdır. Bağları gəzirik. İnanmaqçətindir, qısa müddətdə burada salınan yamyaşıl meyvə bağları göz oxşayır, heyrətlənməyəbilmirsən. Artıq qoz ağacları bar verir. Cəmi iki il əvvəl kol-kosdan ibarətolan, yabanı bitki örtüyü də yazın əvvəlindəcə yanıb cızdağı çıxan bu çöllərindi əsl cənnəti xatırladır. Əvvəllər təsəvvür etmək belə mümkün deyildi...Ağyazı çöllərində yamyaşıl, bulud kimi dalğalanan meyvə bağları?

Şübhəsiz, bütünbunların əsasında ölkədə Ulu Öndər Heydər Əliyevin başladığı və RespublikaPrezidenti İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilən Aqrarislahatlar nəticəsində yaranan əlverişli şərait, bu şəraitdən yetərincə bəhrələnən,elinə-obasına sıx tellərlə bağlı qurub-yaradan insanlar dayanır.

Novruz ŞABANOV