adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Mart 2020 14:57
23713
SAĞLAMLIQ

“Qatıq” deyib keçmə - faydalarını saymaqla bitməz...

Bizim rayon pambıqçılıqla məşğul olduğu kimyəvi maddələrlə təması mütəmadiydi. Sahələrin gübrələnməsi təyyarələr (aeroplan ) vasitəsilə havadan, bir də təsərrüfat maşınları(traktorlar) vasitəsilə yerdən aparılırdı. Demək olar ki, yazın 3-cü ayından sentyabra qədərbu proses davam edirdi. Təsərrüfatda işləyənlərdə də, bəzən kənd camaatında dazəhərlənmə halları baş verirdi. Məsələn, bağda yetişən meyvələr, tərəvəzlər yuyulmamış yeyiləndə. Ümumiyyətlə, o vaxt zəhərləndin,yaxud zəhərlənmədin, dəxli yoxdu, evdə yaşlı nənə varsa, mütləq gündə bir stəkanqatıq, süzmə qatıq, ya da atlama (ayran,avdıq) içmək zorundaydın. Bunun xeyrini isə böyüdükcə anladıq. Qatıq mədədəöz-özünə həzm olunan yeganə qida maddəsidir. Bundan başqa, qatıq vərəm və Sibiryarası istisna olmaqla tif, paratif, difteriya, dizenteriya, xolera,tuberkulyoz kimi 22 xəstəliyin mikrobunu məhv edə bilir.

Adalet.azxəbər verir ki, elm adamlarının araşdırmalarına görə, qatıqtam bir vitamin və mineral anbarıdır. Bu ağartı məhsulu sümük və əzələsağlamlığı üçün vacib qidadır. Qatığın bir neçə xeyirli xüsusiyyətini sizə xatırladırıq.

Həzmə kömək edir-Qatığın ən vacib xüsusiyyəti həzmə kömək olmasıdır. Qatığın tərkibindəkiprobiotiklər sağlamlıq üçün çox əhəmiyyətlidir və təbii formada qatığın içərisindəolur. Ona görə də əgər bağırsaq problemləriniz varsa, qatığı gündəlik qidalanmaproqramınıza əlavə edin ki, həzm sisteminizin işini daha yaxşı təmin edəsiniz.



İmmuniteti gücləndirir-Bədənə bilərəkdən bakteriya daxil olmasını təmin etmək qəribəgörünə bilər. Amma yaxşı və pis bakteriya arasında bir fərq var və qatıqfaydalı bakteriyalarla zəngindir. Bu səbəbdən də qatıq yalnız həzm sisteminəkömək olmur, eyni zamanda bütün immuniteti gücləndirir. Çünki qatıqda olanbakteriyalar bədəni xəstəliklərə qarşı gücləndirir. Başqa sözlə desək, qatıqsizi soyuqdəymə və mədə virusundan qorumağa kömək olar.Maya göbələklərinin səbəb olduğu infeksiyadan qoruyur. Qatıqdamaya göbələyi olmadığı üçün bu fakt sizə məntiqsiz görünə bilər. Lakin qatığı gündəlikyemək bədənin intim yerlərində meydana gələ biləcək infeksiyaların qarşısınıalmağa kömək edir. Vaginada olan candida bakteriyasıbir çox qadında yarana bilən problemdir. Ümumiyyətlə, vagina kifayət qədər turşolmadığı üçün bu problem meydana gəlir. Qatıqdakı maya bakteriyası vaginadakıPH səviyyəsini aşağı salır.

Təzyiqi aşağı salır- Hamımızınbildiyi kimi, kalorisi və yağı bol olan, qeyri-sağlam yeməklər təzyiqiqaldırır. Gündə 2-3 boşqab az yağlı qatıq və ya ümumi olaraq süd məhsullarındanhər hansı birini yemək yüksək təzyiqi aşağı salmağa kömək edir. Osteoparozatutulma riskini azaldır.

Xüsusilə menopauza keçirən qadınlarda osteoparoz daha çox müşahidə edilir. Bu səbəbdəndə menopauza olan qadınların bədənindəki estrogen çatışmazlığının qarşısınıalmaq üçün çox miqdarda kalsium qəbul etmək lazımdır. Kalsium qatıqda bolmiqdardadır və sümüklərin güclənməsini, inkişafını təmin edir.

Tox tutur-Aclıq hiss etdikdə birkasa qatıq yeyə bilərsiniz. Ümumiyyətlə, insanların yemək yedikdən sonra hələ dəözlərini ac hiss etmələrinin səbəbi karbohidrat və şəkər baxımından zəngin,lakin kifayət qədər zülal və lif ehtiva etməyən qeyri-sağlam yeməklər yemələridir.Qatığın tərkibində zülal zəngin olduğu və bədənin bu zülalı həzm etməsi vaxtaparacağı üçün qatıq sizi tox saxlayacaq.

Sonda bir məsləhət: Çalışınyediyiniz qatıq marketdən yox, inək südündən hazırlanmış, təmiz, orqanik qatıqolsun!

Əntiqə Rəşid