Qarpızdan zəhərlənənlər

Hər bir meyvənin və giləmeyvənin mövsümü var. Amma buna baxmayaraq, mövsümdən çox-çox qabaq bütün meyvələrin və giləmeyvələrin marketlərdə, bazarlarda satışı təşkil olunur. Ən çox da zəhərlənmələr hər hansı meyvəni və giləmeyvəni mövsümündə yeməyəndə baş verir. Xüsusən də qarpız və yemişdən zəhərlənmələr daha tez-tez olur.
Artıq may ayından ölkəmizdə və eləcə də Bakı şəhərində qarpız və yemişin satışı təşkil edilib. Əksər insanlar da mövsümə fikir verməyərək görürlər ki, qarpız satırlar, onu alır və aparıb yeyir. Çünki bu vaxtı satılan qarpızlar istixanalarda kimyəvi yolla yetişdirilir və onun da tərkibində normadan artıq kübrə və digər kimyəvi maddələr olanda zəhərlənmələr qaçılmazdır.
Bu yaxınlarda bir tanışım qarpız alıb yeyib və zəhərlənib. Ona görə də Qida Təhlükəsizliyi Agentliyi Bakıda və eləcə də digər yerlərdə satılan qarpız və yemişin normalara uyğun olub-olmamasını araşdırmalı, əgər həmin bostan məhsullarında normadan artıq kübrə varsa, bu məhsullar satışdan çıxarılmalıdır.
Emil FAİQOĞLU
Digər Xəbərlər

Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO

Uşaqlarda dəmir, B12 və D vitamini çatışmazlığı nələrə səbəb olur?

Gel dırnaq boyalarından istifadə edən xanımlara XƏBƏRDARLIQ - VİDEO

Özəl klinikalar tibb heyəti ilə müqavilə bağlamasa... - AÇIQLAMA

Təzyiqi normada saxlamaq üçün – Ən sadə üsul

Astaradakı kütləvi zəhərlənmənin səbəbi açıqlandı

Beyin ölümü keçirmiş üç nəfərin orqanları başqasına transplantasiya olunub
