adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Avqust 2016 15:31
13854
ƏDƏBİYYAT

Qarışıq həyatı, müəmmalı ölümü olan ispan şairi

Argentinaədalət məhkəməsi İspaniyada Vətəndaş Müharibəsi zamanı həlak olmuş şairFederiko Qarsiya Lorkanın ölümünü araşdırmağa qərar verib. Daha doğrusu,şairin 1936-cı ildə Qranad şəhərində xəbərsiz-ətərsiz yoxa çıxması məsələsiçoxdandır gündəmə gəldiyindən, məsələnin nəhayət gün işığına çıxması qərarlaşdırılıb.

Bununlabağlı ilk təşəbbüsü Tarixi Abidələrin Bərpası Assosiasiyası irəli sürüb.Qurumun rəhbəri Emilio Silva bildirib ki, müvafiq tələblər artıq İspaniya hökumətinətəqdim edilib.

Qeyd edəkki, araşdırmalar şairin ölümünün (və ya itkin düşməsinin) 80 illiyi ilə əlaqədarolaraq aparılır. Solçu baxışları ilə tanınan şair iqtidara müxalif olduğu üçüntutulmuşdu. Onun güllələndiyi bildirilsə də, sonralar bunun dəqiq məlumatolmadığı üzə çıxmışdı.  

FederikoQarsiya Lorka (1898-1936) şairlikdən başqa, həm də rəssam və musiqiçi olub. XX əsrispandilli ölkələr mədəniyyətinin ən parlaq nümayəndələrindəndir. 20 yaşındaykənilk kitabı – "Təəssüratlar və mənzərələr” işıq üzü görüb. Bu kitabın tanıtımıilə yola çıxan gənc şair-rəssam Madridə gəlir. Burada böyük rəssam SalvadorDali və Luis Bunyuellə tanış olur. Sonrakı illər Lorka avanqardist rəssamlararasında tanınmış fiqurlardan olur. Bu ərəfədə onun ikinci şeirlər toplusu olan "Qaraçıromansları” adlı kitabı çap olunur.

SonraNyu-Yorka köçən şairin burada daha iki kitabı – "Nyu-Yorkda şair” və "Beş ildənsonra” öz oxucularını tapır. İspaniyaya qayıtmağı ölkədə baş almış VətəndaşMüharibəsinə təsadüf edir. 1931-ci ildə "La Barraka” adlı tələbə tetrınadirektor təyin olunduqdan sonra burada ard-arda pyeslərini səhnələşdirir. 1936-cıilin 16 avqustunda Meksikaya getməzdən öncə doğma Qranad şəhərinə baş çəkərkənsolçu baxışlarına görə orada həbs olunur. Bundan bir neçə gün sonra qubernatorValdes Qusmanın əmri ilə güllələndiyi bildirilir. Lorkanın kitabları diktator generalFranko ölənə qədər qadağan olunmuşdu.

Ümumiyyətlə, XX əsrin ilk yarım əsri öz qarışıq siyasi problemləri, diktatura rejimləri, hərbi dəyişiklikləri ilə çox gərgin idi. Həmin dövrün ədəbiyyat və incəsənət adamları istər-istəməz siyasətə qarışmalı, ya da ən azından tərəflərini seçməli olurdular ki, bu da sonda onların aqibətini acınacaqlı edirdi. Dövrün bütün yaradıcı şəxsləri əsərlərində öz baxışlarını əks etdirirdilər. Bununla da öz oxucu və pərəstişkarlarını da tərəflərə ayırırdılar. Yaradıcı şəxslərin qeyri-ixtiyari təbliğat-təxribat "kampaniya"sı siyasi dairələrin narahatlığına səbəb olurdu. Odur ki, Azərbaycan da daxil həmin dövr yaradıcıları həbslər, sürgünlər, güllələnmələrdən yaxa qurtara bilmirdi. 

Konkret Lorkaya gəlincə, o, öz şeir və pyeslərində siyasi baxışları ilə yanaşı, ən adi, məişət mövzularına da toxunurdu. Onun yaradıcılığı hər janrda özünü göstərirdi, istər elegiya, oda, balladalar, istərsə də modern sərbəst janrda özünü və qələmini təsdiq etmiş şair idi.  

Təsadüfi deyil ki, Lorkanı yeni nəsil şairlərə örnək göstərirlər. Avanqardist düşüncələri ilə seçilən bu mütəfəkkir şair, keçmişi silmədən, hətta xalq folkloruna sadiq qalaraq, yeniliyi köhnənin üzərində, gələcəyi keçmişin əsasında quranlardan idi. O, öz pyeslərində hətta xalq nəğmələrindən, əkinçi rəqslərindən da yararlanırdı. Lorkanı folklora çəkən onun sadəliyi, obrazlılığı deyildi, qüdrəti və dünyəviliyi idi. Şair əsərlərində hər bir xalqın bir-birindən məhz yerli koloritləri və adətləri ilə fərqləndiyini deyirdi. Lorkaya görə, məhz öz gələnəyinə sadiq xalqlar dünyada sözünü deyə, başqa xalqların diqqətini üzərinə çəkə bilər.  

İlanla dolu qəlbimdə, 

necə də sakit yatmısan!..

Mənim qara ürəyimdə

Sükutu necə tapmısan?


Özüm də məəttələm inan, 

Sənin bu rahatlığına,

Bəlkə sən gələsən deyə

Qəlbim dönmüşdü tufana?!


XX əsrin əfsanələrindən sayılan Lorkanın ölümü onu sevənləri çox sarsıtmışdı. Lakin şairin öldürülmədiyi, itkin düşdüyü ilə bağlı xəbərlər isə ədəbiyyatsevərləri daha da məyus etdi. Çünki belə olduğu halda şairin başına nələr gəldiyi müəmmalı olaraq qalır. Şübhələr isə belə yaranıb: 2008-ci ildəLorka ilə birgə güllənmiş müəllimin nəvəsi babasının məzarının eksqumasiyaolunmasını tələb edir. "Qardaşlıq qəbiristanlığı” deyilən yerdə basdırılmış müəllimvə şairin məzarı açıldılqda orada heç bir meyit izlərinin olmadığı məlum olur.

Belə birxəbər dolaşmağa başlayır ki, Lorkanın hafizəsini silməyə nail olmuş frankistləronu Argentinaya yollayıblar. Adını və kim olduğunu bilməyən şairin sonrakıtaleyi isə naməlum qalıb.

Amma1965-ci ildə qeydə alınmış və 2015-ci ildə açılmış arxiv sənədlərinə görə,Lorkanın təkçə solçu baxışlarına görə deyil, həm də masonlarla əlaqəsinə vəhomoseksuallığına görə öldürüldüyü bildirilirdi.

Lorka gəncyaşında həyatla vidalaşmasına (?) baxmayaraq, özündən sonra böyük irs qoyub.Onun əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib. 1987-ci ildə "Şairinölümü” adı qısametrajlı film çəkilib. 2003-cü ildən etibarən şairin doğma şəhəriQranadda "Federiko Qarsiya Lorka” adına ənənəvi beynəlxalq poeziya mükafatı təsisedilib. 


Şəfiqə ŞƏFA