adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Noyabr 2016 14:26
96667
RUBRİKA

“QARANLIQ İSTEDAD”

İstedad. Bu elə bir məfhumdurki, hər kəsə qismət olmur. İstedad sahibi olan insanlara ətrafındakılar belə həsədləbaxır və eyni zamanda həmin insanın yaradanın sevimli bəndəsi olduğunu irəli sürürlər.Dünya alimlərinin apardığı araşdırmaya görə, istedadlı insanları digərlərindən fərqləndirənəsas xüsusiyyət onların dünya düzəninə fərqli yanaşması, beyin hüceyrələrinin digərlərinənisbətən daha çox inkişaf etməsidir. Kimisi rəssamlıqla, heykəl və musiqi ilə, kimisidə söz sənəti və digər sahələrdə daxilində olan enerjini cəmiyyətə ötürə bilir.Ümumən istedad insan övladına bəxş edilən ən dəyərli varlıqlardan biridir. Bu dəyərlivarlığı isə daim ucaldan azadlıqdır. Azadlığı olmayan istedad sahibi isə işıqsızevə bənzəyər.


"Ədalət" qəzetivə Adalet.az saytının "QARANLIQ İSTEDAD" layihəsinin qonaqları "işıqsızev"in sahibləridir. Bilərəkdən və ya bilməyərəkdən törətdiyi cinayətlərə görəməhbusluq həyatı yaşayan rubrika qonaqlarımızın yaradıcılığı, onların məhbusluqhəyatı ilə bağlı siz oxucularımıza geniş məlumat verəcəyik...

10 saylı cəzaçəkmə müəssisəsində 1 ilə yaxınməhbus həyatı yaşayan İsrafil Ağayev rəssamdır. Müəssisədə onun fəaliyyətgöstərməsi üçün hər bir şərait yaradılıb. İş otağına daxil olanda isə yeni bir əsərüzərində çalışırdı. Dediyinə görə, çalışdığı yeni portretin qəhrəmanını görməyib.Sifarişlə çəkdiyi bu əsər barəsində ona kiçik məlumat verilib....

DOSYE

Ağayev İsrafil İmran oğlu1960-cı ildə anadan olub. Orta təhsillidir. Cinayət Məcəlləsinin 178.3.2 maddəsiilə 9 il azadlıqdan məhrum edilib. Özünün dediyinə görə, şirkət rəhbəri olub. Ağacüzərində müxtəlif oyma işlərini həyata keçiriblər. Əl işləri ölkədə ciddi tanınıbvə hətta müştəriləri arasında yüksək çinli məmurlar da olub. Eyni zamanda İsrafilAğayevin əl işləri ölkə hüdudlarından kənarda da, Çin, İspaniya, İtaliyada kifayətqədər müştəriləri olub.

İsrafil Ağayev deyir ki,həyatını bu sənətə həsr edib. Məhbusluq həyatında isə taxta üzərində oyma işləriilə deyil, rəssamlığa üstünlük verir. Yaratdığı əsərləri isə satmaq fikrində deyil.O, bu əsərlərdən ilham aldığını, yaradıcılığını sönməməyə qoymadığını dedi. Məhbusluqyolçuluğu ilə bağlı qısa danışdı: "Mənim bura düşməyim sırf təsadüf olub. Şirkətlərimvar idi. Biz eksklüziv ağac işləri ilə məşğul olurduq. Bu işə isə ciddi tələbatvar idi. Mən də işlərin çoxluğundan bəzi hallarda ölkədə olmurdum. İşimi isə yaxınbildiyim birinə etibar etmişdim. Sonda həmin insan məni arxadan "vurdu".Şirkətlərim müflis oldu və mən də 9 il azadlıqdan məhrum edildim".

İsrafil onu da bildirdiki, məhbusluq həyatına öyrəşmək çətin olub. Ancaq buna baxmayaraq onun üçün müəssisədəşərait yaradılıb. İş otağı və yaradıcılığı ilə məşğul olmaq üçün bütün imkanlarvar: "Yaradıcılıq üçün nə tələb olunur? Kağız, boya və bir də mühit. Burdada bu şərait yaradılıb. Özümün iş otağım var. Orada səhər saat 9-dan axşam saat5-ə qədər öz işlərimlə məşğul oluram. Bu müəssisədə təzəyəm. Heç bir il olmaz. Oüzdən işlərimi hələ yaxşı tanıda bilməmişəm. Görüş olanda əl işlərimi ailə üzvləriməverirəm".




Qonağımız ideya müəllifiilə bağlı suallara isə belə cavab verir: "Mənim ideya müəllifim dahi Nizamidir(Nizami Gəncəvini nəzərdə tutur - Ə.Ə.). Nizaminin əsərlərinə çox müraciət edirəm.Onun "Yeddi gözəl" poemasında Bəhrəm Gur ilə bağlı toxunduğu məqamlarımən rəsm əsəri üzərində canlandırmışam. Bundan əlavə şahmat və heyvanlarla bağlıyeni ideya ilə rəsmləri işləmişəm. Nizami ümman dəryadır. Burda boş vaxtım olandada mütaliə edirəm. Müraciət etdiyim əsərlər isə Nizaminin əsərləri olur".

Həmsöhbətimin informasiyaəldə etmək sarıdan heç bir problemi də yoxdur. Son bir həftə ərzində ölkədə və dünyadabaş verən ictimai-siyasi hadisələrin xronologiyasını elə ardıcıllıqla nəql etdiki......

Sonda İ.Ağayev ən böyükarzusunun bu "qaranlıq” dünyadan çıxmaq olduğunu bildirdi.

Ədil Ədilzadə