adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Fevral 2018 16:21
154059
RUBRİKA

Qaranlıq dünyanı işıqlandıran XALÇAÇILIQ

PenitensiarXidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsində xalçaçılıq artıq ənənəvi peşəsahəsinə çevrilib. Cəzaçəkmə müəssisəsində olduğumuz zaman burada yaradılanşərait, xalçaçıların peşə fəaliyyəti, maddi texniki baza və digər təminatlarıilə bağlı bizdə yaranan fikirlər bunu deməyə əsas verir. Pentensiar Xidmətlə Azərbaycanın xalq rəssamıLətif Kərimovun tələbəsi, Azərbaycan Respublikasının Rəssamlar İttifaqınınüzvü, xalçaçı-rəssam Eldar Hacıyevin birgə əməkdaşlığı burada xalçaçılığamarağı daha da artırıb. Xanım məhkumlar da işə həvəslə yanaşırlar...

Nizamiyaradıcılığı İLMƏLƏRDƏ

Müəssisədəolduğumuz zaman məlumat verildi ki, E.Hacıyevlə müəssisənin əməkdaşlıq tarixi 4aya yaxındır. Bu müddət ərzində bir neçə xalça toxunub ki, onlardan da ən əsasıdahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığını özündə əks etdirən xalçanümunəsidir. Bu əsər barəsində danışan E.Hacıyev deyir ki, yaradıcılığındaNizami Gəncəviyə böyük yer verir və bu zamana kimi Nizaminin Xəmsəsinə daxilolan epozidlardan ibarət bir neçə əl işi olub. Onları ilmələrə köçürüb vənəticədə ecazkar sənət əsəri meydana çıxıb. Bu əsərdə isə Nizamniyaradıcılığına ümumi baxış sərgilənib. Belə ki, əsərdə Nizaminin poemalarındanhissələr öz əksinin tapıb. Ən diqqət çəkən məqam isə ondan ibarətdir ki,xalçanın kənarlarından fars dilində Nizaminin kəlamları işlənilib. Fonda Nizaminin şəkili elə dəqiqlikləişlənilib ki, bu əsərə baxan yenidən baxmaq istəyir.

E.Hacıyev əsərin 4ay ərzində başa gəldiyini bildirdi. Qeyd etdi ki, iki xanım məhkumun toxuduğöuxalçanın davamı olaraq yeni əsərlər üzərində çalışır və yaxın zamanlarda milligeyimləri, adət-ənənələri özündə əks etdirən sənət əsəri artıq hazır olacaq.Xalçanın ilmələrini vuran Arzu Mollayeva və Aişən Mehdizadə bu işə o qədər ürəkləyanaşıblar ki, xalça barəsində onların fikirlərini söyləyəndə məhkumlara məxsustərzdə susaraq cavab verdilər. Ancaq onların gözlərinin içində dərin sevinchissi duyulurdu.


Müəssisədəolduğumuz zaman digər məhkumların əl işləri ilə də maraqlandıq. Kiçik ölçülüxalça üzərində çalışan məhkumlar həvəslə öz işlərini görür heç bizə məhəlqoymurdular. Müəssisə rəhbərliyindən isə bildirdilər ki, xalça sexinin madditexniki bazasının təminatı yüksək səviyyədə həyata keçirilir. Bura lazım olaniplərin alınması, xalça dəsgahları var. Ümumilikdə havaların soyuq olmasınabaxmayaraq xalça sexində istilik təminatının da yüksək səviyyədə təmin olunduğudiqqətdən yayınmadı.

E.Hacıyev onu daqeyd etdi ki, hazırda müəllifi olduğu rəsm əsərlərinin ilmə üzərinə köçürülməsiilə bağlı mühüm işlər göğrülür. Yağlı boya ilə çəkilən bu əsərlər yaxınvaxtlarda müəssisədə olan xanım məhkumlar tərəfindən toxunacaq.


Ədil Ədilzadə