“Qarabağ”ın səfər matçı dəyişdirildi
Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində keçiriləcək "Sumqayıt” – "Qarabağ” oyunu ilə bağlı müəyyən dəyişiklik edilib.
Adalet.az xəbər verir ki, "Qarabağ” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək, Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Sportinq”ə qarşı matça daha yaxşı hazırlaşmaq və mümkün zədə riskini azaltmaq üçün "Sumqayıt”la matçın təbii örtüklü "Azersun Arena”da keçirilməsini xahiş edib.
"Qarabağ”ın rəsmi müraciətini və "Sumqayıt”ın razılıq məktubunu rəhbər tutan PFL 14 sentyabr saat 20:00-da başlanması nəzərdə tutulmuş oyunun Suraxanı qəsəbəsindəki "Azersun Arena”da keçirilməsinə qərar verib.
IV turda meydan sahibi kimi "Qarabağ”, hər iki komandanın iştirakı ilə IV dövrənin oyununda "Sumqayıt” təsdiq edilib.
Digər Xəbərlər
03 May 2024 11:10
Messi aprel ayının ən yaxşı futbolçusu seçildi
03 May 2024 09:57Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər
01 May 2024 15:38Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37