adalet.az header logo
  • Bakı -°C
06 Fevral 2026 14:12
68
İDMAN
A- A+

"Qarabağ"ın "Nyukasl"la oyunlar üçün iştirak ərizəsi müəyyənləşdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la (İngiltərə) oyunlar üçün iştirak ərizəsi müəyyənləşib.

Adalet.az-ın klubun saytına istinadən xəbər verir ki, zədə səbəbindən siyahıdan çıxarılan yarımmüdafiəçi Kadi Borgesin adı yenidən sifariş vərəqinə daxil edilib.

Braziliyalı futbolçu iştirak ərizəsində Kris Kuakunu əvəzləyib. Kadi “Nyukasl Yunayted”lə pley-off mərhələsinin qarşılaşmalarında iştirak edə biləcək.

Qeyd edək ki, “Qarabağ” İngiltərə klubu ilə fevralın 18-də Bakıda, 6 gün sonra Nyukaslda qarşılaşacaq.

“Qarabağ”ın UEFA Çempionlar Liqası üçün iştirak ərizəsi

Qapıçılar: 89. Amin Ramazanov, 97. Fabiyan Buntiç, 99. Mateuş Koxalski

Müdafiəçilər: 2. Mateus Silva, 3. Sami Mmae, 13. Bəhlul Mustafazadə ,18. Dani Bolt, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov ,81. Kevin Medina

Yarımmüdafiəçilər: 8. Marko Yankoviç, 9. Joni Montiel ,10. Abdullah Zubir, 15. Leandro Andrade,20. Kadi Borges, 21. Aleksey Kaşuk, 27. Toral Bayramov, 32. Hikmət Cəbrayılzadə, 35. Pedro Bikalyo

Hücumçular: 7. Nəriman Axundzadə, 11. Emmanuel Addai, 17. Kamilo Duran, 22. Musa Qurbanlı