adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
30 Dekabr 2017 12:11
18528
İDMAN

“Qarabağ”ın legioneri 10 ən yaxşı futbolçu arasında

"Qarabağ"ın cənubi afrikalı hücumçusu Dino Ndlovu ölkəsində 2017-ci ilin ən yaxşı 10 futbolçusunun yer aldığı siyahıda qərarlaşıb.

Adalet.az sportal-a istinadən xəbər verir ki, 27 yaşlı oyunçu "KickOff" nəşrinin açıqladığı siyahıda 6-cı olub.

Siyahıda ilk yeri Cənubi Afrikanın "Mamelodi Sandaunz" klubunun yarımmüdafiəçisi Persi Tau tutub.

Qeyd edək ki, Ndlovu Çempionlar Liqasının təsnifat mərhələsində 4, Premyer Liqada isə 5 qol vurub. Bundan başqa, ötən mövsüm "Qarabağ"ın heyətində çempionluq sevinci yaşayıb.