adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Aprel 2024 11:25
739
GÜNDƏM

Qarabağı tərk edən Rusiya sülhməramlıları Qazaxa gedir?- Paşinyanın Əskiparaya qəfil səfəri

Məlumdur ki, Azərbaycan Qazaxın işğalda olan 7 kəndindən ilkin mərkələdə anklav olmayan 4 kəndinin qaytarılmasını tələb edir.
Bu isə ermənilərin hiddətinə səbəb olur. Onlar hökümətdən- şəxsən Baş nazir Nikol Paşinyandan bu xəbərlərə açıqlama verməsini, kəndlərin verilməyəcəyi deməsini tələb edirlər.


Paşinyan məlumatların düzgün olmadığını ifadə etmək üçün bu gün Əspiparaya səfər edib.

Paşinyanın Əskiparaya səfəri haqqında məlumatı Əskipara (Voskepar) administrativ rəhbəri İşxan Ağbalyan “Hraparak”a açıqlamasında bildirib. O deyib ki, Paşinyanın səfəri ilə bağlı xəbəri bir az əvvəl öyrəniblər.


Qeyd edək ki, ötən gün Ermənistanın müxalif “Hayastan” fraksiyasından olan deputat Anna Qriqoryan açıqlama verərək deyib ki, hökümətin Tavuşdan kəndlərin verilməsi ilə bağlı qərarı yoxdur, yəni bu qərar səlahiyyətli orqan tərəfindən deyil, prinsiplərə və xəritələrə əsaslanaraq, başqa dairədə verilib:“9 noyabr bəyanatnda bu ərazilərlə bağlı müddəa var idi, lakin sonradan ləğv edildi və Əskiparada Rusiya bazası peyda oldu. Yəni deyə bilərik ki, noyabrın 9-da bu müddəanın mətndən çıxarılması ilə bağlı razılaşmalar olub, onun icrası sonraya planlaşdırılıb”.


P.S. Bu açıqlamalardan belə nəticəyə gəldim ki, "Rusiya ordusu gedir" xəbərləri növbəti dəfə yanlış xəbərdir. Əslində onlar Qarabağı tərk edib, Qazax zonasına - Əskiparaya gedə bilərlər. Azərbaycanı isə heç vaxt tərk etmək fikrində olmayacaqlarına əminəm!

 Əntiqə Rəşid