“Qarabağ”dan APOEL və Kipr polisinə müraciət – siyasi təxribatla bağlı
"Qarabağ” APOEL-lə bu gün keçiriləcək oyunda mümkün təxribatların qarşısını almaq üçün Kipr klubuna müraciət edib.
Bu haqda Qol.az saytına Ağdam klubunun baş meneceri Asif Əsgərov məlumat verib. Ötən həftə APOEL-ə və klub vasitəsi ilə Kipr polisinə ünvanlanan müraciətdə stadiona Dağlıq Qarabağın separatçı rejiminin bayrağının buraxılmaması xahişolunub.
Xatırladaq ki, Azərbaycan və Kipr klublarının bundan əvvəlki oyunları zamanı Ermənistanın və Dağlıq Qarabağın seperatçı rejimlərinin bayrağı açılıb. Bundan başqa Azərbaycanın bayrağı təhqir olunub, Türkiyənin bayrağı yandırılıb, yaxud buna cəhdlər edilib.
Əlavə edək ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin APOEL – "Qarabağ” matçı bu gün Bakı vaxtı ilə saat 21.00-da Nikosiya şəhər stadionunda başlayacaq.