adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
18 Yanvar 2021 11:33
31098
HADİSƏ

Qarabağda daha üç erməni hərbçinin cəsədi tapıldı

Qarabağda aparılan axtarış əməliyyatları zamanı daha üç erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, iki cəsəd Cəbrayılda aşkarlanıb, onların şəxsiyyəti DNT analizi ilə müəyyən ediləcək. Meyiti tapılan digər hərbçinin Arsen Mamikonyan olduğu dəqiqləşib.

Axtarış işləri bu gün Hadrut, Füzuli və Cəbrayıl istiqamətində davam etdiriləcək.

Noyabr ayında axtarışlar başlayandan bəri, son döyüş əməliyyatları zonasından 1238 erməni hərbiçinin cəsədi və qalıqları aşkar edilib.