adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Noyabr 2014 12:51
4264
ƏDƏBİYYAT

Qarabağda aparılmış arxeoloji tədqiqatlar bir kitabda

"Qarabağınarxeoloji abidələr toplusu”nun I cildi hazırlanır. AMEAArxeologiya və Etnoqrafiya İnstitutundan Adalet.az-averilən məlumata görə, kitabda "Qarabağ neolit-eneolit ekspedisiyası”nın2010-2013-cü ildə apardığı arxeoloji kəşfiyyat işləri zamanı qeydiyyataalınaraq xəritələşdirilmiş 100 neolit və eneolit dövrü abidəsi haqqında məlumatverilir.

Topluda hər birabidənin 3 dildə- Azərbaycan, rus və ingilis dilllərində təsnifatı, onların fotoları,topoqrafiq planları, relyef görüntülərinin 3D formatı və onlardan aşkar edilmişmaddi-mədəniyyət nümunələrinin foto və qrafik illustrasiyaları veriləcək.

Bunlardan əlavəoluraq topluya 1:50 000 miqyasında tərtib edilmiş "Qarabağın arxeolojiabidələri xəritəsi” də əlavə olunacaq.

 Qeyd edək ki,  Qarabağneolit-eneolit ekspedisiyasının əsas tədqiqat obyekti olan İsmayılbəytəpəneolit dövrü yaşayış yerində arxeoloji qazıntı işləri ilə yanaşı, Qarabağdüzənliyində arxeoloji kəşfiyyat işlərini aparılır.

Arxeoloji kəşfiyyat işləri əsasənAğdam, Ağcabədi və Bərdə rayonları ərazisində aparılıb. Ilk dəfə olaraq Sultanbudmeşəsi bütünlüklə arxeoloji kəşfiyyata cəlb olunmuş nəticədə 30-dək müxtəlifdövrlərə aid arxeoloji  abidəelektron şəkildə qeydiyyata alınaraq xəritələşdirilib.