Qarabağ və Şərqi Zəngəzurda ilk dəfə fəaliyyətə başlayan məktəblər - VİDEO
Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 15 sentyabr Bilik günü ilə əlaqədar olaraq işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən məktəblər haqqında video çarx hazırlayıb.
Adalet.az xəbər verir ki, çarxda Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli, Şuşa şəhər 1 nömrəli, Laçın şəhər 2 nömrəli, Xocalı şəhəri 1 nömrəli, Laçın rayonunun Zabux və Sus kəndləri, Ağdərə rayonunun Talış kəndi və Zəngilan rayonunun Ağalı kənd tam orta məktəblərinin görüntüləri, uşaqların ilk dərs gününə hazırlıq prosesi, məktəblərə yola düşmələri, tənəffüs və dərs prosesi öz əksini tapıb.
Qeyd edək ki, 2024-2025-ci il tədris ilində Xocalı şəhəri 1 nömrəli, Laçın rayonunun Sus kənd tam orta məktəbi və Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə ilk dəfə tədrisə başlanılıb.
Digər Xəbərlər
19 Iyun 2026 17:56
Qəbul və buraxılış imtahanlarında aşkarlanan qayda pozuntuları açıqlanıb
19 Iyun 2026 17:28
513 əlaçı 0-200 bal toplayıb
19 Iyun 2026 16:44
Ankarada Azərbaycan dili kurslarında şifahi və yazılı sınaqlar başa çatıb
19 Iyun 2026 15:49
Hamı müəllimə borcludur...
19 Iyun 2026 13:34
Məktəbli formasına dair vahid yanaşma təmin ediləcək
19 Iyun 2026 09:44
Azərbaycan Universiteti İtaliyada keçirilən “International Staff Week” tədbirində təmsil olunub
18 Iyun 2026 12:34
Təcrübə-Sənaye Zavodu Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
17 Iyun 2026 14:36


Bakı -°C

