adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Mart 2024 18:18
2234
ELM VƏ TƏHSİL

Qarabağ Universitetində işləmək üçün tələblərə uyğun olmayan şəxslər müraciət edib

Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində elan olunmuş proqram rəhbəri vakansiyası üzrə müraciətlərin qəbulu davam edir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Adalet.az-a bildirilib ki, müraciət edənlərin böyük bir qismi proqram rəhbəri vəzifəsi üçün vakansiyada müəyyən edilən tələblərə uyğun olmayan şəxslər tərəfindən edilib. Vakansiya üzrə tələb olunan sənədləri tam və tələb olunan formada təqdim etməyən şəxslərə münasibətdə isə onlara bu barədə müvafiq sorğular göndərilib.

Qarabağ Universitetində elan olunmuş proqram rəhbəri vakansiyası üzrə müraciətlərin martın 15-dək qəbulunun davam edəcəyini nəzərə alaraq vakansiyada müəyyən edilən tələblərə uyğun namizədlərin müraciət etmələri və bu zaman sənədlərini tam və tələb olunan formada təqdim etmələri xahiş olunur.

Agentlik bir daha diqqətə çatdırır ki, yalnız vakansiya tələblərinə uyğun gələn və lazımi bütün sənədləri müəyyən edilən formada təqdim edən şəxslərin müraciətlərinə baxılacaq.

Elanla link vasitəsilə tanış olmaq mümkündür.