adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
13 Mart 2024 14:21
2236
ELM VƏ TƏHSİL

Qarabağ Universitetində daha iki vakansiya elan edildi

Qarabağ Universitetində mərkəz direktoru və ingilis dili müəllimi vəzifələri üzrə vakansiyalar elan edilib.

Elm və Təhsil Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, namizədlər ətraflı məlumatla nazirliyin rəsmi internet səhifəsinin "Elanlar" bölməsi, eləcə də aşağıdakı keçidlərə daxil olaraq tanış ola bilərlər:

Tələblərə cavab verən namizədlər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd edək ki, vakansiyada müəyyən edilən tələblərə uyğun namizədlərin müraciət etmələrini və bu zaman sənədlərini tam və tələb olunan formada təqdim etmələri xahiş olunur.

Bildirilib ki, yalnız vakansiya tələblərinə uyğun gələn və bütün lazımi sənədləri müəyyən edilən formada təqdim edən şəxslərin müraciətlərinə baxılacaq.

Qarabağ Universitetində vakansiya - Mərkəz direktoru

Qarabağ Universitetində vakansiya - İngilis dili müəllimi