“Qarabağ” son dəqiqə qolu ilə qələbə qazandı
Futbol üzrə Misli Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
Adalet.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olub. Şamaxı şəhər stadionunda təşkil olunan matç Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə bitib.
Hesabı 14-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Oruc Məmmədov açıb. 4 dəqiqə sonra qonaqların heyətində Joni Montiel fərqlənib. Son nöqtəni isə 90+4-cü dəqiqədə Kamilo Duran qoyub.
Bu nəticədən sonra Ağdam təmsilçisi 42 xalla 2-ci sırada qərarlaşıb. Şamaxının eyniadlı klubu isə 23 xalla 8-cidir.
Turun bağlanış matçında “Neftçi” “Qəbələ”ni qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq. Hazırda 24 xalı olan “ağ-qaralar” 7-cidir. “Qırmızı-qaralar” isə 14 xalla 10-cu sırada yer alıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Araz-Naxçıvan”a 4:1, “Zirə” “Sumqayıt”a 3:2, “Turan Tovuz” “Karvan-Yevlax”a 1:0 hesabı ilə qalib gəlib, “İmişli” – “Kəpəz” matçında isə qapılara qol vurulmayıb – 0:0.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

