“Qarabağ” son 21 mövsümün rekordunu təkrarladı
“Qarabağ” Misli Premyer Liqasının 2024/2025 mövsümündə 50 qol vuran ilk komanda olmaqla yanaşı, son 21 mövsümün rekordunu da təkrarlayıb.
Adalet.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam klubunun yubiley topu XIX turun “Şamaxı” ilə ev matçına (3:2) təsadüf edib.
50-ci qol Cəlal Hüseynovun avtoqolu ilə gerçəkləşib.
50 qol üçün “Qarabağ”a 19 matç kifayət edib. Ağdam klubu 2 il əvvəl – 2022/2023 mövsümündə də 50-ci qolunu 19-cu oyununda vurub.
Ölkə çempionatları tarixində isə mütləq rekord 1996/1997 mövsümündə qeydə alınıb. “Neftçi” 50-ci qolunu 13-cü turda vurub. “Kəpəz” 15-ci (1995/1996) və 16-cı (1998/1999) oyununda “100”ü yarılayıb.
Digər Xəbərlər
29 Dekabr 2025 12:47
Azərbaycan çempionatında 16 böyükhesablı nəticə qeydə alınıb
29 Dekabr 2025 11:12
Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirildi
27 Dekabr 2025 14:32
“Ayntraxt Frankfurt”un prezidenti azarkeşlərin davranışını sərt tənqid etdi
27 Dekabr 2025 13:17


Bakı -°C

