“Qarabağ” – “Şkendiya” matçından öncə fan zona təşkil olunacaq

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ – Şkendiya” ( Şimali Makedoniya) matçı keçiriləcək. Qarşılaşmadan öncə azarkeşlər üçün “Azərsun Holdinq” tərəfindən xüsusi fan zona yaradılacaq.
Saat 18:00-20:00 aralığında fan zonada azarkeşlər üçün əyləncəli proqram nəzərdə tutulub. Proqram çərçivəsində müxtəlif oyunlar, Dj performansı və digər əyləncələr azarkeşlərin ixtiyarında olacaq.
Bundan əlavə, illərdir hər kəsin sevimlisi olan “Final” çay tərəfindən də xüsusi fotozonanın yaradılacaq və qonaqlara çay ikram ediləcək.
Qeyd edək ki, “Qarabağ” futbol klubu 2001-ci ildə “Azərsun Holdinq” tərəfindən himayəyə götürülüb və adıçəkilən şirkətlər qrupunun dəstəyilə komanda böyük uğurlar qazanıb.
Digər Xəbərlər

UEFA Superkuboku: PSJ "Tottenhem"ə qarşı

“Qarabağ” pley-offda bu klubla qarşılaşacaq

“Qarabağ” darmadağınla pley-offda! - YENİLƏNİB

“Qarabağ” “Şkendiya”ya qarşı - Start heyətlər

Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçular - Siyahı

"Onu yeməklə bağlı cərimə etmişik” - Qurban Qurbanov

UEFA-dan "Qarabağ"ın rəqibinə xəbərdarlıq
