"Qarabağ" - "Şelburn" matçına satılan biletlərin sayı açıqlandı
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək "Qarabağ" - "Şelburn" (İrlandiya) matçına satılan biletlərin sayı açıqlanıb
Ağdam klubunun mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, hazırda 19 min 500 bilet sahibini tapıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Azarkeşlər biletləri "ıTicket.az"ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), “Qarabağ”ın "Park Bulvar"dakı Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.
Qeyd edək ki, "Qarabağ" - "Şelburn" matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

