"Qarabağ" klubu xalqımızı qürurlandırmaqda davam edir - Prezident

Prezident İlham Əliyev "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarkanın "Kopenhagen" klubu üzərində 2:0 hesablı qələbə qazanması münasibətilə təbrik edib.
Adalet.az xəbər verir ki, paylaşımda deyilir:
"Danimarka çempionu "Kopenhagen" futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə "Qarabağ" futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.
Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən "Qarabağ" dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir".
Digər Xəbərlər

Dünyanın yeni düzənində müharibə hədəfi...- Səxavət Məmməd yazır

İlham Əliyev və Mehriban Əliyeva Danimarkaya getdi - FOTOLAR

Mattarella: Bu universitet Azərbaycan ilə İtaliya arasında artan dostluğu əks etdirir
