adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Dekabr 2018 12:59
9074
MƏMLƏKƏT

“Qarabağ: Əcdadlarımızın mirası” və “Cəbrayıl-virtual səyahət” filmləri çəkilib

"Virtual Qarabağ” informasiya– kommunikasiya texnologiyaları gənclər ictimai birliyinin AzərbaycanRespublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Qarabağ və tarixi torpaqlarımız haqqındagörüntülü məhsulların yaradılması və İKT resursları vasitəsilə dünyaictimaiyyətinə yayılmasında gənclərin rolunun artırılması-2 mərhələ” adlılayihə başa çatıb. Layihə çərçivəsində"Qarabağ: Əcdadlarımızın mirası” sənədli filmi və "Cəbrayıl-virtualsəyahət” 3 D qrafik təsvirli filmi istehsal olunub.

"Virtual Qarabağ” informasiya– kommunikasiya texnologiyaları gənclər ictimai birliyinin sədri Nurəddin Mehdiyev məlumat verib ki, 3 dildə - azərbaycan, ingilis və rusdillərində istehsal edilən "Qarabağ – Əcdadlarımızın mirası” adlısənədli filmi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, doğma Qarabağtorpaqlarının, onun mədəni irsinin Azərbaycana, azərbaycanlılara məxsus olması və bu gerçək həqiqət haqqındaerməni yalanlarının ifşa olunması, Ermənistanın əzəli Azərbaycan torpaqlarıolan Qarabağa ərazi iddiaları haqqındadır. Filmdə Qarabağın yerləşdiyi coğrafiərazi, onun təbiəti, əhalisi, mədəni irsi, Alban və İslam abidələri, buradamövcud olmuş qədim mədəniyyətlər haqqında, orta əsrlərdə, Xanlıq dövründə, 19 –cu yüz ildə, 20 – ci əsrin əvvəllərində,Azərbaycan Xalq Cümhuriyyəti və Sovet Hakimiyyətizamanı Qarabağın vəziyyəti barədə, Ermənistan – Azərbaycan, DağlıqQarabağ münaqişəsi nəticəsində ölkəmizə dəymiş ziyanlar, işğaldan azad olunanyeni ərazilərdə quruculuq işləri haqqında fakta söykənən görüntülü məlumatlarverilir.

Digər məhsul - Cəbrayıl haqqında "Cəbrayıl – virtual səyahət” 3 Dqrafik təsvirli film də ölkəmizdə həm yeniyetmələrin, həm də gənclərin işğalaltında olan torpağımız barədə vizual maariflənməsinə xidmət edəcək. Filmdəişğal altındakı Cəbrayıl rayonunda olan Divlər sarayı,Sirik qalası, 11 tağlı və15 tağlı Xudafərin körpüsü, Şıxbaba türbəsi, Hacı Qaraman ziyarətgahı, kolxozbazarı, şahmat məktəbi, Cocuq Mərcanlı məscidi kimi arxeoloji, tarixi, dini vəmüasir abidlər qrafik təsvirlərlə bərpa olunaraq , nümayiş etdirilir.

Hər iki məhsul internetresurslarında yerləşdiriləcək və beynəlxalq ictimaiyyətin diqqətinə təqdimolunacaq. Bundan əlavə layihə çərçivəsində Bakı və regionlarda gənclərlə görüşlər keçirilmişdir. OnlarQarabağ və digər tarixi torpaqlarımız haqqında məlumatlandırılmışlar. Görüşiştirakçılarına buklet , köynək və papaqlar paylanıb.