adalet.az header logo
  • Bakı -°C
10 Dekabr 2025 23:42
75
İDMAN
A- A+

"Qarabağ" doğma meydanda "Ayaks"a uduzdu

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda məğlub olub.

Adalet.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı matç qonaqların qələbəsi ilə bitib - 4:2.

Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb.

Qonaqlardan Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib. 47-ci dəqiqədə Mateus Silva yenidən "Qarabağ"ı hesabda önə keçirib.

"Ayaks"ın heyətində 79-cu dəqiqədə Oskar Qlux, 83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb. Oskar Qlux 90-cı dəqiqədə fərqlənməklə dubd müəllifi olub.

Niderland klubu Liqa mərhələsində ilk qələbəsini qazanıb. "Qarabağ"ın turnirdə 7 xalı var.