“Qarabağ danışıqlarına inam qalmamışdı...” - Bahar Muradova
"Son zamanlar Dağlıq Qarabağ münaqişəsi ətrafında artan intensiv fəllaşmanı müsbət dəyərləndirirəm. Çünki müəyyən səbəblər nəticəsində bir müddət danışıqlar səngimişdi və onun perspektivinə inam qalamamışdı”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
"Belə məqamda Dağlıq Qarabağ məsələsi ətrafındakı danışıqlar mütləq intensivləşməli və dəyişən mühit nəzərə alınmalıdır. Beynəlxalq aləmdə meydana gələn yeni ocaqlar gələcək münaqişələr vəd edir. Hadisələrə beynəlxalq aləmin münasibəti və bu günə qədər Qarabağ məsələsinə olan fərqli mövqeyə əsasən Azərbaycan tərəfi daha ciddi şəkildə tələblər ortaya qoymaqda və vasitəçilik missiyasını həyata keçirən ölkələrdən daha dinamik, şəraitə uyğun addımlar atmağa vadar edən tələblər qoymaqda haqlıdır”.
B.Muradova hesab edir ki, bu, danışıqların məzmununa təsirini göstərməlidir. "Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinə və bu səfərlərdən asılı olaraq gələcək yüksək səviyyəli görüşlərə gəlincə, əlbəttə, görüşməməkdən, danışmamaqdan, bir-birindən qaçmaqdansa, görüşüb danışmaq daha məqsədəuyğundur. Azərbaycan hər zaman olduğu kimi, substantiv danışıqlarda maraqlıdır. Azərbaycan nəticəyə hesablanmış danışıqların keçirilməsini vacib hesab edir. Azərbaycanın bu mövqeyi vasitəçilər tərəfindən nəzərə alınmalıdır”.(azvision.az)
Digər Xəbərlər
04 May 2024 22:54
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 20:26Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47