"Qarabağ" bu gün "Turan Tovuz"la üz-üzə gələcək
"Qarabağ" Misli Premyer Liqasında bu gün səfərdə "Turan Tovuz"la üz-üzə gələcək.
Adalet.az xəbər verir ki, IV dövrənin və XXVIII turun açılış oyunu saat 19:30-da start götürəcək.
Matçı Cavid Cəlilovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Ağdam təmsilçisi 27 turdan sonra 64 xalla liderdir. Tovuz klubu 43 xalla dördüncü pillədə qərarlaşıb.
Misli Premyer Liqası, IV dövrə
XXVIII tur
19:30. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu
Qeyd edək ki, XXVIII tura martın 30-da yekun vurulacaq.
Digər Xəbərlər
18 Mart 2026 15:38
“Liverpul”un futbolçusu “Qalatasaray”la oyunu buraxa bilər
18 Mart 2026 11:00
Çempionlar Liqası: "Qalatasaray" "Liverpul" səfərində
18 Mart 2026 09:49
Futbolda tarixi qərar - Kuboku Seneqaldan alıb Mərakeşə verdilər
18 Mart 2026 09:26


Bakı -°C

