“Qarabağ” 16 milyondan çox qazanıb
“Qarabağ” bu həftə Avropa Liqasının əsas mərhələsinin 8-ci turunda “Olimpiakos”la Yunanıstandakı görüşlə cari Avropa mövsümündəki çıxışını başa vuracaq.
Adalet.az xəbər verir ki, uğursuz nəticələrə baxmayaraq, ağdamlılar bu mövsümü maliyyə baxımından aktiv hesab edə bilər.
İndiyədək Azərbaycan çempionu 8 milyon 600 min avro (təxminən 15,3 milyon manat) əldə edib. Bunun 4,3 milyon avrosu (təxminən 7,65 milyon manat) Çempionlar Liqasının seçmə mərhələsinin pley-off mərhələsinə vəsiqə, eyni məbləğ isə Avropa Liqasının əsas mərhələsinə yüksəldikləri üçündür.
“Qarabağ” əsas mərhələdə bir qələbəyə (Norveç “Bodo-Qlimt” üzərində – 2:1) daha 450 min avro (təxminən 800 min manat) qazanacaq. Son turda isə “Olimpiakos”u məğlub edəcəyi təqdirdə “köhlən atılar” eyni məbləği alacaq, heç-heçə isə 150 min avro (təxminən 266 min manat) nəzərdə tutulub.
Belə ki, Ağdam komandası artıq 9 milyon avrodan çox (təxminən 16,01 milyon manat) qazanıb, lakin müxtəlif kiçik bonuslar, xüsusən də televiziya yayımlarına görə klublara ayırmaları nəzərdə tutan marketinq komponenti hesabına bu rəqəmi yaxşılaşdıra bilər. Məbləğ ölkə və klubun reytinqi əsasında hesablanır.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

