adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Mart 2024 22:00
1019
İDMAN

"Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirdi

"Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib.

Adalet.az xəbər verir ki, bu, Premyer Liqanın XXVIII turuna təsadüf edib.

Ağdam təmsilçisi dördüncü - sonuncu dövrənin ilk turunda "Kəpəz"i darmadağın edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda Julio Romao (21-ci dəqiqə), Olavio Juninyo (52, 56), Abbas Hüseynov (64), Elvin Cəfərquliyev (69) və Redon Cicanın (88) vurduğu qollar sayəsində 6:1 hesablı qələbə qazanan "köhlən atlar" 2023/2024 mövsümünün sonuna 8 tur qalmış xallarının sayını 69-a yüksəldərək rəqibləri üçün əlçatmaz olub.

"Kəpəz"in təsəlli qolunun müəllifi 90-cı dəqiqədə Latir Fal olub.

Bu, həm də Qurban Qurbanovun baş məşqçi kimi 10-cu çempionluğudur.

Qeyd edək ki, turun ilk oyununda "Neftçi" səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib. Digər qarşılaşmalar martın 30-31-də keçiriləcək.