adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Aprel 2020 09:37
53071
GÜNDƏM

Qara taleli Ağdaban kəndi: işğalın 28-ci ili…

Kəlbəcərin işğalından biril öncə erməni silahlı birləşmələri tərəfindən törədilmiş Ağdaban faciəsi ErmənistanınAzərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir.

Adalet.az xəbər verir ki,Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdabandağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 56km şimal-şərqdə yerləşir.

1992-ciilin aprelin 7-dən 8-nə kecən gecə Ermənistan silahlı birləşmələri, DağlıqQarabağdakı erməni yaraqlılarının köməyi ilə Kəlbəcər rayonunun Ağdaban kəndinəhücum edərək 130 evdən ibarət olan kəndi tamamilə yandırıb, 779 nəfərdinc sakinə divan tutub, 67 nəfəri amansızcasına qətlə yetirərək soyqırım aktıtörədiblər. Bir gecədə 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfərqadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarətiyetirilib. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələridağıdılıb, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunub və məhv edilib. Erməniseperatcılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinindavamı kimi Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğluAşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub.

Ağdabanqətliamı törədilmə spesifikasına və xarakterinə görə BMT Baş Assambleyası tərəfindən9 dekabr 1948-ci il tarixli "Soyqırım cinayətinin qarşısının alınması və onagörə cəzalar” Konvensiyasının müddəalarına uyğundur, beynəlxalq hüquq əsasındasoyqırım cinayəti aktı kimi tövsiyə etməyə imkan verir və Aqdaban kəndinin dincəhalisinə qarşı erməni-rus silahlı qüvvələri tərəfindən törədilən bu qırğınsoyqırım cinayəti kimi dünya cəmiyyəti tərəfindən tanınmalıdır.

2014-cüil aprelin 2-də Kəlbəcər rayonunun işğalının 21-ci ildönümü ilə bağlı keçirilənanım mərasimində Azərbaycanın Kəlbəcər rayonu ictimaiyyətinin nümayəndələri Kəlbəcərfaciəsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMTTŞ) müraciət ünvanlayıblar. Müraciətdə 1992-ci il aprelin 8-də KəlbəcərinAğdaban və Çayqovuşan kəndlərində, 1993-cü ilin aprelində Başlıbel kəndində erməniordusu tərəfindən törədilən cinayətlərin Azərbaycan xalqına qarşı törədilmişnövbəti soyqırım aktı olduğu qeyd edilib.

Əntiqə Rəşid