adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Mart 2017 09:22
16100
İQTİSADİYYAT

“Qara qızıl”ın qiyməti artmaqda davam edir

Dünya bazarlarında neftin qiyməti bahalaşıb.

Bu barədə Adalet.az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.

Belə ki, London birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti 0,18% artaraq bir barelə görə 56,61 dollar olub.

Nyu-York birjasında WTI neftinin bir bareli 0,11% bahalaşaraq 54,07 dollara satılıb.