Qara Qarayev: “Qarabağ adı bizi birləşdirib, qəhrəman edib” - VİDEO
“Füzuli ilə ilk görüşümüzdə qorxu var idi, çünki 29 il idi biz ayrı idik”.
Adalet.az xəbər verir ki, bu fikirləri məşhur futbolçu, “Neftçi” klubunun oyunçusu Qara Qarayev deyib.
O, torpaqlarımızın işğaldan azad olunmasının, insanların ora köçməsinin vacib məsələ olduğunu vurğulayıb.
"Özümün, qardaşlarımın orada ev, yurd salması vacibdir. Ora mütləq qayıtmalıyıq. Nə qədər burda nəfəs alsaq da, bizim ilk nəfəsimiz, ilk toxunuşumuz orada olub. Qarabağ adı bizi birləşdirib, qəhrəman edib" – deyə Qara Qarayev bildirib.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.
Futbolçu Qara Qarayevin iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.
Digər Xəbərlər
24 Sentyabr 2026 23:25
Anar Ələkbərov Formula 1-də - FOTOLAR
24 Sentyabr 2026 19:42
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günündən FOTOLAR
24 Sentyabr 2026 13:56
Rassel ilk sərbəst yürüşün qalibi oldu
24 Sentyabr 2026 12:35
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
24 Sentyabr 2026 10:26
Formula 1 “Sea Breeze”də keçiriləcək?
24 Sentyabr 2026 10:05
Formula 2 yarışı üzrə sərbəst yürüşə start verildi
24 Sentyabr 2026 09:15
Formula 1 onuncu dəfə Bakıda: Azərbaycan Qran-Prisi başlayır
23 Sentyabr 2026 23:45


Bakı -°C

