adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
05 Fevral 2020 09:29
87050
MƏDƏNİYYƏT

Qara Qarayev - 102

5 fevral "Yeddi gözəl", "İldırımlıyollarla" baletləri, "Don Kixot", "Alban rapsodiyası"simfonik qravürləri, "Leyli və Məcnun" simfonik poeması ilə dünyamusiqi xəzinəsinə incilər bəxş edən görkəmli Azərbaycan bəstəkarı QaraQarayevin doğum günüdür.

Adalet.az xəbər verir ki, XX əsrin bəşəriyyətə bəxş etdiyiböyük şəxsiyyətlərdən biri, pedaqoq, SSRİ Xalq artisti Qara Əbülfəz oğluQarayev 1918-ci ildə Bakıda məşhur həkim-pediatr Əbülfəz Qarayevin və Sonaxanım İskəndər qızının ailəsində anadan olub. Ata tərəfi Abşeronun Fatmayi kəndindən,ana babası İskəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindəndir.

1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanındamusiqi məktəbinə qəbul edilib, Azərbaycan Dövlət Konservatoriyası yanındamusiqi texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq və Azərbaycanxalq musiqisinin əsasları siniflərinin, P.İ.Çaykovski adına Moskva DövlətKonservatoriyasında bəstəkarlıq sinfinin tələbəsi olub. 1941–ci ildə MüslümMaqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsindəişləyib.

1946–cı ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıqsinfində müəllim kimi işə başlayıb, elə həmin il Cövdət Hacıyevlə birlikdəyazdığı "Vətən" operasına görə SSRİ Dövlət mükafatı laureatı adınalayiq görülüb. SSRİ Bəstəkarlar İttifaqı təşkilatı komitəsinin üzvü seçilib və"Əməkdə igidliyinə görə" medalı ilə mükafatlandırılıb, "Leyli vəMəcnun" simfonik poemasına görə Dövlət mükafatı laureatı olub. Q.Qarayevin1953–cü ildə Leninqrad Dövlət Kiçik ("Malıy") opera teatrında"Yeddi gözəl" baletinin ilk tamaşası qoyulub. 1967-ci ildə"İldırımlı yollarla" baletinə görə Lenin mükafatı və Lenin ordeni ilətəltif edilib. 1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir sıra yüksəkdərəcəlı SSRİ orden və medallarına layiq görülüb.

Qara Qarayev 1982–ci il mayın 13-də Moskva şəhərindədünyasını dəyişib və Bakıda dəfn olunub.

Əntiqə Rəşid