adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Dekabr 2014 16:43
7496
MƏMLƏKƏT

Qanuna edilən əlavə və dəyişikliklər KİV-lərin işini qəlizləşdirir?

ElşadEyvazlı: "Layihənin ümumilikdə hər hansı təsir gücünə malik olmasına inanmıram”.

 

NiyazNiftiyev: "Bu dəyişiklik perspektivdə heç bir təhlükə vəd etmir”.

 

Elçin Mizəbəyli: "Reket mətbuat"ın fəaliyyətdairəsinin məhdudlaşdırılmasında bu dəyişklik müəyyən qədər rol oynaya bilər”.

 

Ceyhun Musaoğlu: "Dövlətin qorunması, cəmiyyətinçaşdırılmaması üçün qanuna bu şəkildə dəyişiklik vacib idi.”

 

Qulu Məhərrəmli: "Xarici kapitalın media sahəsinəgəlişinə məhdudiyyət qoyulması başadüşüləndir”.

 

"KİV haqqındaqanun"a əlavə və dəyişikliklər qəbul edildi. Yeni qanun layihəsində xariciölkənin fiziki və hüquqi şəxsləri tərəfindən maliyyələşdirilən KİV-infəaliyyətinə xitam verilməsi nəzərdə tutulur.

Bundan başqa qərəzli yazılara görə barəsində məhkəmə tərəfindən il ərzində 2 dəfəqərar verilən medianın dərci və yayımına xitam verilməsi barədə qanunadəyişiklik edilməsi təklifi də müzakirəyə təqdim olunub. Hansı ki, hazırdabunun üçün 3 məhkəmə qərarı lazım gəlir. Layihədə oxşar adlarla bağlı məsələlərədə aydınlıq gətirilib. Belə ki, oxşar ad - əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçitərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinindəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözünəlavə edilməsinə baxmayaraq, mətbu nəşrin adları ilə eynilik təşkil edənadlar". Əlavənin mahiyyəti ondan ibarətdir ki, mövcud olan media orqanınınadına oxşar yeni KİV-in yaradılmasını qadağan edilir.

 

Adalet.az əlavə və dəyişikliklərin KİV-in fəaliyyətinənə kimi təsir edəcəyini aydınlaşdırmaq məqsədi ilə media mənsublarının fikirlərini öyrənib.

Modern.az saytının baş redaktoruElşad Eyvazlı layihəninümumilikdə hər hansı təsir gücünə malik olmasına inanmır: "Hər birdəyişiklik ilk vaxtlar yaxşı qəbul olunmur. Bu, müsbət bir dəyişiklikolanda da belə olur. Səbəbi isə odur ki, oturuşmuş qaydalar dəyişir. Bu,məsələnin bir tərəfidir.

Məsələnin konkret məqamlarına gəlincə, deyə bilərəm ki, budəyişikliyin mətbuatımızın inkişafına müsbət və mənfi təsir edəcəyinidüşünmürəm.

Ad məsələsi,oxşar adlar doğrudan da ciddi problem idi. Məsələn, kirpi sözünün əvvəlinə,sonuna bir söz əlavə etməklə 20-dən çox qəzet qeydiyyata alınıb. Təbii ki, bu,yolverilməzdir.
Məsələ odur ki, hər hansı dəyişiklik geriyə şamil olunmur. Ona görə də həttabunu bir az gecikmiş məsələ də hesab etmək olar. Amma mətbu orqanlarınfəaliyyətinin dayandırılması ilə bağlı müəyyən məqamlar var ki, ona birmənalıbaxmaq olmur.

Hər halda budəyişikliyi izahlı şəkildə cəmiyyətə çatdırmaq lazımdır. Məsələ ondadır ki.başları çıxmayanlar, məsələdən hali olmayanlar dəyişikliyi istədikləri kimidəyərləndirəcəklər".


Azadinform İnformasiya Agentliyinin başredaktoru Niyaz Niftiyev KİV-lərə edilən xəbərdarlıqla bağlı qaydalarınsərtləşdirilməsinə diqqət çəkərək bunu təqdirəlayiq addım hesab edir:"Əslində bu dəyişiklik perspektivdə heç bir təhlükə vəd etmir. Çünkiqanunda məlum tələb əvvəl də var idi, sadəcə 3 dəfə təkrarlandığı halda hərhansı bir KİV orqanının fəaliyyətinə xitam verilməsini tələb edirdi. Növbətidəyişiklik isə bu halı 2 dəfə ilə məhdudlaşdırdı. Bu bir tərəfdən jurnalistməsuliyyətinin artırılmasına xidmət edirsə, digər tərəfdən "təhqiretməmək", "yanlış informasiya yaymamaq" mədəniyyətini formalaşdırır".

Xalq cəbhəsi qəzetinin baş redaktoruElçin Mizəbəyli deyir ki,dəyişikliklərin ən önəmli tərəfi adlarla bağlıdır: "Qəbul olunandəyişikliklər qanunvericilik çərçivəsində fəaliyyət göstərən, insan hüquq vəazadlıqlarına sayğı duyan, peşə etikası prinsiplərinə əməl edən KİV-lər üçünheç bir problem yaratmır. Əlavə və dəyişkliklərin ən önəmli cəhəti oxşaradlarla bağlıdır. Kimsəyə sirr deyil ki, mediadan öz cinayətkar əməlləri üçünistifadə edənlər məhz oxşar adlardan yararlanır və bununla da ciddi mediaqurumlarının adlarının üzərinə kölgə salırlar.

O belə hesabedir ki, əlavə və dəyişiklərin mahiyyətinin düzgün çatdırılması üçün geniştəbliğat işi lazımdır: ""Reket mətbuat"ın fəaliyyətdairəsinin məhdudlaşdırılmasında bu dəyişiklik müəyyən qədər rol oynaya bilər.Şübhəsiz ki, bu dəyişikliyin tətbiqi mexanizmindən də çox şey asılıdır. Mətbuatorqanının fəaliyyətinin dayandırılması üçün məhkəmə hökmlərinin sayınınazlığına gəldikdə isə, düşünürəm ki, bu dəyişikliyin tətbiqində sui-istifadəhallarına yol verilməməsi üçün geniş izahat işinin aparılmasına ehtiyac var. Buistiqamətdə maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir. Çünki budəyişikliyin hüquqi mahiyyəti tam aydın deyil. Hansı hallarda fəaliyyətində başverən cüzi bir nöqsan onun yayımının dayandırılmasına zəmin yaratsın. Zənnimcə,bu dəyişiklik sui-istifadə hallarına yol verilməməsi üçün KonstitusiyaMəhkəməsi tərəfindən şərh edilməlidir".

JurnalistEkspert Mərkəzinin sədri Ceyhun Musaoğlu hər üç dəyişikliyintərəfdarıdır. JEM sədri  hesab edir ki, dəyişikliklər istər medianın,istərsə də cəmiyyətin inkişafına xidmət edir: "Kütləvi informasiya vasitələrihaqqında” qanuna edilən dəyişikliklər təcrübədə tez-tez üzləşdiyimiz acınacaqlıvəziyyətə adekvatdır. Məsələn, "Ədalət” adlı tanınmış cəmi bir qəzet var. Ancaqxeyli sayda "mətbu orqan” var ki, "Ədalət” sözünün qarşısına müxtəlif ifadələryapışdırıb dövlət qeydiyyatından keçərək, min oyundan çıxırlar. Adlarını ciddimedia orqanlarının adlarına oxşadaraq məkirli fəaliyyət göstərənlərin qarşısınıqanuna dəyişikliklə almaqdan başqa yol yoxdur. Məhz buna görə, qanunun 3-cümaddəsinə "oxşar ad” termini əlavə edilir. Bundan sonra mövcud olan mediaorqanının adına oxşar yeni KİV-in yaradılması mümkün olmayacaq. Alqışlanasıdır.
Azərbaycana qərəzli münasibətdə olan ölkələr var. Onların maliyyələşdirdiyi KİVəlbəttə ki, obyektiv mövqe sərgiləməyəcək. Qanuna ikinci dəyişiklik xariciölkənin fiziki və hüquqi şəxsləri tərəfindən maliyyələşdirilən KİV-infəaliyyətinə xitam verilməsini nəzərdə tutur. Bəs necə olmalıdır? Dövlətinqorunması, cəmiyyətin çaşdırılmaması üçün qanuna bu şəkildə dəyişiklik vacibidi.

Üçüncü dəyişikliyi göstərən müddəa əslində qüvvədə olanqanununda əksini tapıb. Əvvəllər qərəzli yazılara görə barəsində məhkəmətərəfindən il ərzində 3 dəfə qərar verilən media orqanının dərcinə və yayımınaxitam verilirdisə, indi 2 dəfəyə endirildi. Niyə imkan verilməlidir ki, qərəzartsın? KİV-in missiyası məlumatlandırmaq, bilikləndirmək vəmaarifləndirməkdirsə, qanuna dəyişikliklər bu mahiyyətin açılmasına daha böyükimkanlar yaradacaq".

Mediaeksperti Qulu Məhərrəmli isə bir qədər fərqli düşünür.  Media eksperti hesab edir ki, xarici kapitalaqoyulan qadağadan başqa digər iki dəyişiklik müsbət heç nə vəd etmir: "KİVhaqqında qanuna edilən əlavə və dəyişikliklər təəsssüf ki, söz və mətbuatazadlığını məhdudlaşdırmağa xidmət edəcək. Xarici kapitalın mediasahəsinə gəlişinə məhdudiyyət qoyulması başadüşüləndir. Çünki bu bəzitəhlükələrə gətirib çıxarır. Ancaq digər 2 düzəliş hesab edirəm ki, söz vəmətbuat azadlığına qarşı yönəlmiş addımdır. Mən buna təəssüf edirəm vəinanmıram ki, Azərbaycan prezidenti bu dəyişiklikləri təsdiq etsin".

 

Sahib Əsədbəyli