adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Mart 2020 12:06
48143
DÜNYA

Qanla bəslənən qəbilə

Efiopiyanıncənubunda yaşayan Surma qəbiləsi öz adətlərinə görə xüsusi fərqlənir.

Surmalar Sudanınsərhədinə yaxın Omo vadisinin ətrafında yaşayır. Qonşu qəbilələr surmalarınqaniçmə adətlərinə və döyüşə meylli olmasına görə onlarla yaxınlıq etmir. Həttaonlardan bacardıqları qədər uzaq dururlar.

Donqa adəti digər qəbilələrdə rast gəlinməyən adətdir. Donqa adı döyüşdəistifadə olunan dəyənəkdən götürülüb. Surma kişiləri meydanda dəyənəklərlədöyüşərək güclərini nümayiş etdirir.
Bu döyüşlər həyat yoldaşı tapmaq və aradakı narazılığı həll etmək üçünkeçirilir.


Yüzlərlə döyüşçünün qatıldığı döyüşlərdə inanılmaz dərəcədə qanlar axıdılır.Döyüşçülər döyüşdən bir gün öncə ağac qabığından hazırlanmış qabda xüsusiiçkini içir və səhər baş tutacaq döyüşə hazırlanır.

Döyüş öncəsi həmin qablar inək sidiyi ilə yuyularaq təmizlənir. Daha sonrahəmin qablara inək qanı doldurularaq içilir.

Onlar inəkləri öldürmür, qabı qanla doldurduqdan sonra inəyin deşilmiş yerinipalçıqla bağlayaraq qanı saxlayırlar. Döyüşçülər axıdılmış qanı isti-isti,dərhal içirlər.


Döyüş meydanına girərkən qadınlar tərəfindən diqqət çəkmək üçün bədənlərinimüxtəlif rənglərdə boyayırlar.Meydanda qan axıdan Surma gəncləri bununlagüclərini ortaya qoyur və əzaba dözümlü olduqlarını nümayiş etdirirlər.

Evlilik çağına çatan surma qızları isə kiçik yaşdan deşərək genişləndirdikləralt dodaqlarına tabaq yerləşdirirlər. Qızların bu adəti bəzi qəbilələrdə dəmüşahidə olunsa da daha çox surmalara aiddir.

Tərcümə: Emin Piri