05 Iyul 2025 17:32
179
SAĞLAMLIQ

Qan verənlərin sayı açıqlandı - YENİLƏNİB

Aşura günü ümumilikdə 2696 nəfər könüllü qan verib. Bu şəxslərdən ümumilikdə 1213.2 litr qan tədarük olunub.

Bu barədə Adalet.aza Səhiyyə Nazirliyindən məlumat verilib.

***

12:35

Aşura günü münasibətilə keçirilən könüllü qanvermə aksiyasında saat 12:00-a olan məlumata görə, 1424 nəfər iştirak edib.

Adalet.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb

Qeyd olunub ki, həmin şəxslərdən ümumilikdə 640.8 litr qan tədarük olunub.

Aksiya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə həyata keçirilir.

Builki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 23 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxildir.

Qanvermə aksiyaları səhər saat 08:00-dan etibarən başlayıb və gün ərzində davam edir.

***

11:50

Azərbaycanda Aşura Günü münasibətilə könüllü qanvermə aksiyası davam edir. Səhər saatlarından etibarən paytaxt və bölgələrdə yerləşən qanvermə məntəqələrində vətəndaşlar aksiyada fəal iştirak edirlər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, saat 10:00-a olan məlumata əsasən, ümumilikdə 362 nəfər könüllü qan verib. Həmin şəxslərdən ümumilikdə 162,9 litr qan tədarük olunub.

Builki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 23 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxildir.

Qanvermə aksiyaları səhər saat 08:00-dan etibarən başlayıb və gün ərzində davam edir.

Qeyd edək ki, aksiya Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə həyata keçirilir.