adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Yanvar 2017 23:00
6164
DÜNYA

Qalmaqallı prezident ölkəsinə qayıdır

Qambiyada 1 dekabrda baş tutan prezident seçkilərinin qalibi Adam Barrou sabah ölkəsinə qayıdacaq.

Adalet.az xəbər verir ki, bu barədə prezident Tvitter səhifəsində yazıb.

"Sabah vətənim Qambiya Respublikasına qayıdıram”, - Barrou bildirib.

Qeyd edək ki, seçkilərdə məğlubiyyət uğrayan Yəhya Camme ilə bağlı dünən Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (ECOVAS), Afrika Birliyi və BMT ortaq bəyanat yayımlayıb.

Bəyanatda Cammenin və yaxınlarının hədəf göstərilməməsi, o cümlədən onların həyati toxunulmazlığının qorunmasının vacibliyi bildirilib.