“Qalatasaray”ın Super Liqa oyununun vaxtı dəyişdirildi

Türkiyə Super Liqasının 29-cu turunda keçirilməsi planlaşdırılan "Qalatasaray" - "Rizəspor" oyununun vaxtı dəyişdirilib.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Buna "sarı-qırmızılar"ın Avropa Liqasında mübarizəni dayandırması səbəb olub. Martın 10-da, Bakı vaxtı ilə saat 17:00-da start götürməli olan qarşılaşma martın 8-də, saat 21:00-da başlayacaq.
Bundan əlavə, "İstanbulspor" - "Kasımpaşa" dueli martın 8-dən 10-na keçirilib. Görüş Bakı vaxtı ilə saat 17:00-a təyin edilib.
Digər Xəbərlər

Çempionlar Liqasının rəsmi səhifəsində Qurban Qurbanovla bağlı PAYLAŞIM

“Neftçi”nin şikayəti təmin edilmədi

"Arnold" 1 ay oynaya bilməyəcək

Azərbaycan Kubokunun finalı bu stadionda olacaq

"Uşaq vaxtı oyunlara baxmaq üçün gəldiyim stadionda qol vurmaq fərqli hissdir"

İlham Əliyev "Qarabağı" təbrik etdi

Yankoviçin vəziyyəti açıqlandı
