Qafqaz Universitetin də adı FETÖ-çü siyashısında - RƏSMİ

İstanbul Prokurorluğu terror ideyalarını yayan universitetlərin adını açıqladı.
Azərbaycanda bir neçə gün öncə qapadılan Qafqaz universiteti FETÖ-nun təhsil müəssisələri siyahısına salındı. İstanbul Cümhuriyyət Baş Prokurorluğu Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosunun prokuroru Mehmet Şenay Baygın FETÖ-nun (Fətullah Gülən Terror Təşkilatı) akademik quruluşu ilə bağlı aparılan araşdırma çərcivəsində hazırdadığı iddianamə İstanbul Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib. İstiPress-in "Hüriyət"ə istinadla verdiyi məlumata görə, iddianamədə FETÖ-nun təhsil qurumları ilə bağlı önəmli məlumatlara yer verilib.
Sənəddə FETÖ/PDY silahlı terror təşkilatının öz məqsədlərinə çatmaq, ideyalarını yaymaq üçün üniversitetlərdə qatı bir şəkildə təşkilatma işləri aparıldığı, Türkiyədə birbaşa təşkilat tərəfindən qurulub fəaliyyət göstərən 17 universitetin olduğu bildirilib. Bu universitetlər 23 iyul 2016 tarixində bağlanıb.
FETÖ-nun ölkədən kənardakı universitetlərinin də adı açıqlanıb.
Amerika İslam Universiteti və beynəlxalq Virciniya Universiteti,
Albaniya - Bedir universiteti,
Azərbaycan- Qafqaz universiteti,
Gürcüstan- Beynəlxalq Qara dəniz universiteti,
Qazaxıstan - Süleyman Dəmirəl universiteti,
Qırğızıstan - Atatürk-Alatoo universiteti,
Türkmənistan - Halkara Türkmən -Türk universiteti,
Rumıniya - Cənub-şərq Avropa Lumina universiteti,
Bosniya Hersoqoviniya - Burç universiteti
İraq- İşıq universiteti
Digər Xəbərlər

Efiopiyada "ASAN xidmət" mərkəzi açılıb - FOTOLAR

Hikmət Hacıyev diplomatların Laçın səfəri ilə bağlı paylaşım edib - VİDEO

Azərbaycan və Çin cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım həyata keçirəcək

Səhiyyə naziri məzunlarla görüşdə: "Azərbaycanın sağlam gələcəyi sizin əlinizdədir”
jpg-1750423896.jpg)
Daşaltı cənnəti: Zülmətdən işığa, səfalətdən xoşbəxtliyə!

DTX bu rayonda əməliyyat keçirdi - İcra başçısı saxlanıldı - YENİLƏNİB

Bakıda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda Böyük Qayıdışla bağlı məlumat verilib
