"Qafqaz Qartalı - 2024" təliminin bağlanış mərasimi oldu - FOTOLAR + VİDEO
“Qafqaz Qartalı - 2024” beynəlxalq təliminin bağlanışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, bağlanış mərasimində əvvəlcə ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən azad olunması uğrunda gedən döyüşlərdə canlarını fəda edən şəhidlərimizin ruhu ehtiramla yad edilib. Daha sonra hərbi orkestrin ifasında Azərbaycan, Türkiyə və Gürcüstanın Dövlət himnləri səsləndirilib.
Mərasimdə çıxış edənlər keçirilən təlimlərin üç ölkənin iştirakçı hərbi qulluqçuları arasında təcrübə mübadiləsinin aparılmasına, döyüş hazırlığının yüksəldilməsinə töhfə verdiyini bildirib. Qeyd olunub ki, təlim müddətində xüsusi təyinatlılar qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacarıb, təlim dostluq, yoldaşlıq və qardaşlıq şəraitində keçirilib.
Çıxışlar bitdikdən sonra təlim zamanı fərqlənmiş hərbi qulluqçulara xatirə hədiyyələri təqdim olunub.
Mərasimin rəsmi hissəsi başa çatdıqdan sonra, təntənəli konsert proqramı təqdim edilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin çıxışları böyük maraq və alqışlarla qarşılanıb.
Digər Xəbərlər
16 Sentyabr 2026 13:18
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
16 Sentyabr 2026 12:47
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
16 Sentyabr 2026 11:03
Azərbaycanda bu bələdiyyələrin adlarının dəyişdirilməsi təklif olunur
16 Sentyabr 2026 10:17
Beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ağdama gəliblər
16 Sentyabr 2026 10:16
FHN cəzaçəkmə müəssisəsində təlim keçirdi - VİDEO
15 Sentyabr 2026 18:38
Polis Akademiyasında andiçmə mərasimi keçirildi - VİDEO + FOTOLAR
15 Sentyabr 2026 17:55
Rövşən Rzayev vətəndaşların müraciətlərini dinlədi
15 Sentyabr 2026 17:32


Bakı -°C

