adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Noyabr 2017 11:12
47722
MÜSAHİBƏ

Qadınları ağladanlar özlərini şair hesab edirlər... – MÜSAHİBƏ

Adalet.az şair RəşadNağı Mustafa ilə müsahibəni təqdim edir.

– Son vaxtlar imzanız, şeirləriniz tez-tez görünür,sosial şəbəkələrdə şeirləriniz yayılır. İmzanız qəfil, gurultulu gəldi. Həttadeyərdim populyar şairsiniz. Rus yazıçı Pelevinin bir sözü var – "Vaxtsız gələnşöhrət ölüm kimidir”. Bu fikirə münasibətiniz necədi?

–Düşünürəm ki, qəfil heç nə olmur bu həyatda. Pelevenin fikirinə gəlincə isə məncəo həmən şöhrətə qapılanlar haqda deyib bunu. Çünki vaxtlı,vaxtsız fərqi yoxdur yüksəklik eşqiyləyaşayan insanlar mütləq ki, o yüksəklikdən yıxılıb ölməyi də gözə almalıdırlar.Məni isə şöhrət, ya da populyarlıq hissi heç vaxt öz ağuşuna ala bilməyib,çünki 5 il öncə necə işimlə məşğul idimsə bu gün də eyni templə başmı salıb özişimlə məşğulam. Dəyişən heç nə yoxdur. Hal-hazırda nə populyar olduğumudüşünürəm, nə də buna can atıram. Ümumiyyətlə bu" populyar" sözünübizim ədəbiyyata yaraşdırmıram.


– Belə bir söz var ki, şair olunmur, şair doğulur.Deyəsən siz də şair doğulmusunuz. Çünki uşaqlığınızdan bir qız sevmisiniz,şeirlər yazmısınız. Hətta ailənizdə də poeziyaya, ədəbiyyata maraq olub. Beləbaşa düşürəm ki, uşaqlığınızı heç yaşamamısınız...

– Bizimzaman bu deyimi bir az yanıldır. Çünki indi şair doğulanlardan daha çox şair"olunan”lar üzdədir. Ailəmdə olan ədəbiyyata sevgi məni daha sıx bağlayıb busahəyə. Uşaqlığa gəlincə isə mən hələ də onu yaşamaqdayam. İçindəki uşaqlığa xəyanətedən adam heç vaxt səmimi yaza bilməz.


– Feysbuk profilinizdə belə bir status yazmısız –"Mən indi-indi gəlib Allahı tapmışam, uşaqlığım bıçağa sitayiş etməkləkeçib. Atam evə gec gələndə anam qapının dibinə bıçaq batırardı ki, tez gəlsin."Bu iki cümlədə nə qədər ağır məsələlər var. Allahı təxəyyülünüzdə yaxudduyğularınızda necə təsəvvür edirsiz?

– Allahtəsəvvürlərdən kənardır... Məncə insan gün ərzində istədi istəmədi Allaha ibadətedir. Misal üçün mən evdən işə gedəndə, işdən qayıdanda, sevinəndə, üzüləndə,güləndə, şeir yazanda da ibadət edirəm. Hətta hal-hazırda bu suala cavab verəndədə ibadət etdim. Sözümün canı, Allahı təsəvvür etməyə çalışmaqla beynimizi vəkönlümüzü yormaq əvəzinə onunla aramızda olan məsafəyə aydınlıq gətirək. Allahyerə göyə sığmadı Oğuz Ayvazın, Rəşad Nağının, Əlinin, Vəlinin qəlbinə sığdı.


– Salam Sarvanın sizi tərifləməyindən sonra özünüzünecə hiss etdiniz? Hətta "Xalqın Şairi” müsabiqəsində də sizi bəri başdan qalibelan etdi. Müsabiqəyə qatılmadınız ancaq...

– SalamSarvan məni yox mənim hisslərimi tərifləmişdi. Tərifə həmişə açığam. (gülür)

Müsabiqəyəgəlincə isə mənə görə Salam Sarvanın sözü elə o müsabiqənin nəticəsindənüstündü. Düşünürəm heç bir fəxri ad, heç bir diplom nə adama istedad verir nə dəalır. Şairə ya da yazara stimul verən elə bu cür qiymətdi, nəinki o cür adlar.


– Məni şeir yazmağa vadar edən şairlərdən biriNazim Hikmət olub. Sizin də sevdiyiniz şairlərdən biridir. Bəs sizə şeiri hansışair sevdirib?

– Şeir ruh halıdır. Mənə görə şeir özümlə olandialoqumdur. Təbii ki, sevdiyim şairlər olub, var da. Ancaq kiməsə baxıb mən dəşair olacam, şeir yazacam kimi bir durum olmayıb.


–Səni unutmaq üçün bundan yaxşı şərait?
Küçənizin başında bir məscid də var hələ,
Azanı eşidəndə dilimin altda bir az
zümzümə eləyirəm
Bu sirli çağırışı uşaqların dilinə
tərcümə eləyirəm...

Gözəl şeirlərinizdəndir. Buddizimdə deyilir ki,xoşbəxt olmaq istəyirsənsə sevdiklərindən vaz keç. Sevdiyiniz bir insanı yaxudinsanları unutmaq istərdinmi?

–İslamda isə bütün xoşbəxtliklər sevgidə, eşqdə cəmlənir. Biz xoşbəxt olmaq üçünüzü eşqə getməyi öyrənmişik. Xoşbəxtlik anlayışı da nisbidir. İnsan bir ömürxoşbəxt ola bilməz. Mən də anlıq xoşbəxtlik üçün sevdiyim insanları qurban verəbilmərəm. Düşünürəm ki, o qədər eqoist deyiləm. Məncə acıdan da, unuda bilməməkdən də zövqalmalıdır insan. Bir də ki, o deyirlər e filan yaşa qədər evləndin evləndin evlənməsənsonra həvəsdən düşəcəksən. Bu məsələni unutmağa da şamil edə bilərik. Adamınbir yaşdan sonra unutmağa həvəsi də olmur.


Müsahibələrinizin birində demisiniz ki, heç vaxtşeir yazmaq üçün söz axtarmamışam, söz məni axtarıb. Məsciddə də şeiryazdığınızı bildiribsiniz. Maraqlıdır, məsciddə şeir yazmaq necə olur?

– Birküncdə oturmuşam

əllərimiyoruram

Allahevindən göyə

dualarıqovuram

Məsciddəyazdığım şeirdəndi bu misralar. Mən əminəm ki, Avropada da kilsədə şeir yazanaz olmayıb.


– Gənc şairlərimizin əksəriyyətində - Sovetab-havası, mərsiyələr, ənənəçilik duyulur. Niyə bizdə yenilikçi şairlərbarmaqla göstəriləcək saydadır?

– Və yetərincəsevilirlər. Oxucuların da burda rolu böyükdür. Əslində barmaqla göstəriləcək qədərdeyil. Sadəcə bizim üzdə olan saytlar, qəzetvə ya jurnallar daha çox siz dediyiniz o janrda yazan insanlara üstünlük verib,onları çap etdiyi üçün yenilikçi yazar vəya şairlər daha az gözə dəyir. Əslindəgünümüzdə yeni söz, yeni fikir, yeni üslubla yazan şairlərimiz az deyil.


– Siz şeiri öz zövqünüz üçün yazırsız, yoxsabununla həm də cəmiyyətə təsir etmək, özünüzü ifadə etməyə çalışırsız?

– Mənşeiri öz zövqüm, öz rahatlığım üçün yazıram. Cəmiyyətə təsir edib etmədiyinioxuyanlar deyə bilər. Bilirsiz indi şeiri ilə 3-4 xanımı ağladan"şair" cəmiyyətə təsir etdiyini zənn edir. Lakin anlamır ki, cəmiyyətətəsir etmək üçün Xəlil Rza Ulutürk, Nazim Hikmət olmaq lazımdır.