adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Avqust 2022 17:19
789
MARAQLI

Qadınlar bizi sevdikləri zama günahımızı bağışlayarlar...

Dünyada gördüyümüz bütün yaradılış qadının əsəridir. Qadın, ana, bacı övlad olmaqla bərabər həyatın əvəzsiz varlığıdır. Bu dəfə dünya ölkələrində qadınlara qarşı şiddət nisbətindən danışacağam.

   Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatlarına görə, demək olar ki, hər 10 qadından 4-ü həyatlarında kişi şiddətinə məruz qalır.

     Dünyada qadınlara qarşı zorakılıq ən çox hansı ölkələrdə baş verir?

   Kişilərin qadınlara qarşı zorakılığı bütün dünyada böyük problemdir. OECD məlumatları “həyatında ən azı bir dəfə fiziki və/və ya cinsi zorakılığa məruz qalmış qadınların nisbətini” göstərir.

Rəsmi məlumatlara görə, Avropa və G20 üzvləri arasında qadınlara qarşı ən çox zorakılığa məruz qalan ölkə Türkiyədir.

ABŞ qadınlara qarşı zorakılığa görə 36 faizlə 4-cü yerdədir.

      Kolumbiya qadınlara şiddət nisbətində yüzdə 37 ilə Türkiyədən sonra gəlir. Kosta Rika və ABŞ-ı 36 faiz izləyir. Maraqlıdır ki, dünyanın ən böyük iqtisadi güclərindən biri olan ABŞ-da qadınların 36 faizi həyatları boyu ən azı bir dəfə kişilər tərəfindən fiziki və/yaxud cinsi zorakılığa məruz qalıb. Yenə həyat səviyyəsinin kifayət qədər yüksək olduğu ölkələrdən biri olan Yeni Zelandiyada qadınlara qarşı zorakılıq nisbəti yüzdə 35-dir.

  Kanada qadınlara qarşı zorakılığın ən az olduğu ölkədir.
Qadınlara qarşı kişi zorakılığının ən aşağı nisbəti 2 faizlə Kanadadır. Bundan bir qədər yuxarıda 7 faizlə Çili və 10 faizlə İsveçrədir.

       Bəs Avropada qadınlara qarşı zorakılıq?

Türkiyə zirvədə olsa da, bir çox Avropa ölkələrində qadınlara qarşı zorakılıq nisbətinin yüksək olması diqqət çəkir. Buna görə Latviya və Danimarkada qadınlara qarşı zorakılıq nisbəti yüzdə 32, Finlandiyada bu nisbət yüzdə 30, İngiltərədə isə yüzdə 29-dur.

Digər ölkələrdə qadınlara qarşı zorakılıq nisbəti belədir: İsveçdə 28 faiz, Norveçdə 27 faiz, Hollandiyada 25 faiz, Belçikada 24 faiz, Almaniyada 22 faiz, İtaliya və Yunanıstanda 19 faiz, Yaponiyada 15 faiz və Meksikada 14 faiz.
Pakistan dünyada qadınlara qarşı zorakılığın ən çox olduğu ölkədir. Son məlumatlara görə dünyada qadınlara qarşı zorakılığın ən çox olduğu ölkə 85% ilə Pakistandır.

Qadın gülərsə bütün bəşər güləcək. Qadınlarımızı qoruyaq, dünyamızı gözəllik bürüsün.

 

HAZIRLADI: BÜNYAMİN BÜNYADZADƏ