adalet.az header logo
  • Bakı 19°C
07 Iyun 2023 10:24
429
HADİSƏ

“Qadın taleyi” rubrikası: “Anamın əmisi oğluna görə həyatım puç oldu...”

Adalet.az-ın əməkdaşı “qadın taleyi” rubrikasında daha bir qadının həyat hekayəsini təqdim edir. Bu dəfə sizə Tünzalənin (adı şərtidir) həyat hekayəsindən bəhs edəcəyik. O, anasının əmisi oğluyla ailə qurduğunu illər sonra bir övladıyla ata evinə qayıtdığını deyib. O, olanları belə nəql edib:

“Ailədə bir qardaşım var. Evin böyük övladı isə mənəm. Orta məktəbi bitirdikdən sonra anamın əmisi oğluyla ailə qurdum. Hər şey yaxşı idi, amma bir il sonra evdə söz-söhbət başladı. Nə həyat yoldaşım, nə də qayınanam məni yola verdi. Ona görə də artıq boşanmaqdan başqa çıxış yolu tapmadıq və ayrılmağa qərar verdik”. 

“Daha ikinci dəfə ailə də qurmadım və...”

“Bir qızımla ata evimizə qayıtdım. Ondan sonra hazırlaşıb ali məktəbə sənət verdim. İbtidai sinif müəllimisi kimi təhsil aldım və doğulduğum kənddə orta məktəbdə müəllim kimi işə başladım. Daha ikinci dəfə ailə də qurmadım və ancaq övladımla birlikdə yaşamağa başladıq. Valideynlərim mənə çox dəstək oldular. Mənə ayrıca mənzil də aldılar ki, qardaş qoltuğunda qalmayım”. 

“Bilirdim ki, ikinci dəfə ailə qurmağımı valideynlərim...”

“İndi aradan 20 il keçib. Qızım ailə qurub, artıq nəvəm var. Ancaq bir qadın kimi mən yaşamadım. Hər şeyi qardaşıma, valideynlərimə qurban etdim ki, sabah adıma söz çıxanda başlarını aşağı salmasınlar. Kənd yerində isə ərsiz qadının yaşamağı şəhərdən daha çətindi. Bilirdim ki, ikinci dəfə ailə qurmağımı valideynlərim heç cür qəbul etməz. Ona görə susdum. Amma təkliflər çox oldu, ailəli olan kişilər də var idi ki, məni ikinci arvad kimi saxlamaq istəyirdilər. Amma razı olmadım. Bir sözlə, anamın əmisi oğluna görə həyatım puç oldu”. 
Vasif Əlihüseyn