Qadın məhbusların asudə vaxtları səmərəli təşkil olunur
Məhkumların hüquq və azadlıqlarının təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili, islah prosesinin və sosial adaptasiyanın gücləndirilməsi məqsədilə dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə birlikdə müxtəlif tədbirlər təşkil edilir.
Adalet.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadın məhkumlar üçün “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində 100-dən artıq məhkumla psixoloji seminar, 15 məhkum üçün yoqa, 10 məhkuma ebru sənəti üzrə təlimlər təşkil edilib.
Qadın məhkumlarla təşkil olunmuş psixoloji seminarda insan davranışları üzrə mütəxəssis tərəfindən hissləri, duyğuları, düşüncə və davranışları idarə etməklə bağlı maraqlı məlumatlar verilib, onlara seanslar keçirilib.
Daha sonra yoqa üzrə mütəxəssislər tərəfindən qadın məhkumlar üçün yoqa təlimi təşkil edilib. Ebru sənəti üzrə mütəxəssis isə qadın məhkumlara su üzərində naxışlar çəkməyin xüsusi texnikalarını göstərib.
Digər Xəbərlər
18 Sentyabr 2026 19:56
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
18 Sentyabr 2026 18:32
Metro xətlərinin ayrılmasından sonra sərnişinlər belə daşınıb - VİDEO
18 Sentyabr 2026 18:20
Fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatdı
18 Sentyabr 2026 18:05
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
18 Sentyabr 2026 17:11
Şəhid ailələri və qazilərə daha 36 mənzil verildi
17 Sentyabr 2026 21:08
Prezidentlə xanımı ziyarətgahda - VİDEO
17 Sentyabr 2026 20:54
Prezidentlə xanımı "Nəsimi bağları"nda - VİDEO
17 Sentyabr 2026 16:55


Bakı -°C

